Yuxarı

Baş həkim təkcə bir şöbədə 50 ölü can saxlayır - Özbaşınalıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik M.A.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyev onun haqqında mətbuatda gedən yazıların dayandırılmasını istəyir.

Bu barədə Axar.az-a baş həkimin haqsız yerə işdən çıxardığı və üç aylıq əməkhaqlarını vermədiyi Qarabağ müharibəsi veteranı və şəhid ailəsindən olan mühafizə xidmətinin əməkdaşları deyir.

İşdən çıxarılan əməkdaşlar əməkhaqları verilməyənə qədər baş həkim Y.Əliyevin bütün qanunsuz əməllərini ifşa edəcəklərini deyirlər. Kifayət qədər sübut və dəlilləri olan zərərçəkənlər xəstəxanada baş verən özbaşınalığın dözülməz həddə çatdığını bildirir.

Mühafizə xidməti əməkdaşlarının sözlərinə görə, xəstəxananın Təsərrüfat Şöbəsində cəmi beş nəfər işçi olmasına baxmayaraq, əllidən çox adam oradan maaş alır:

"Təsərrüfat Şöbəsində cəmi 5 nəfər adam işləyir. Ancaq həmin şöbədən 50-dən çox adam maaş alır. Ürəyi istəyən adamları həmin şöbənin işçisi kimi sənədləşdirib hərəyə 3-4 maaş kartı veriblər. Elə həkim var ki, sürücüsünə 300 manat maaş əvəzinə həmin şöbədən 3 dənə kart verib. Sürücü əslində özəl işçi olmasına baxmayaraq, o da əməkhaqqını Təsərrüfat Şöbəsindən alır. Həkimlər arasında 6-7 maaş kartı götürənlər də var. Həkimlərin özlərinə götürdüyü, işçilərinə və sürücülərinə verdiyi kartlar isə tamam başqa adamların adınadır ki, onlar da ümumiyyətlə xəstəxanada işləməyiblər".

Zərərçəkənlər bildirir ki, xəstəxanada həkimlərə məcburi kitablar da satılır. Bu kitabların qiyməti isə heç də ucuz deyil:

"Xəstəxananın direktoru Böyükkişi Ağayevin "Atlas" kitabı var. Bu kitabı xəstəxanada, lazım oldu-olmadı, bütün həkimlərə məcburi satırlar. Kitabın qiyməti isə 100 manatdır. Məcburiyyətdən bütün həkimlər almalı olur həmin kitabı".

Xatırladaq ki, xəstəxananın mühafizə xidmətinin keçmiş əməkdaşları baş həkim Yusif Əliyevin Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində özbaşınalıqla məşğul olması ilə bağlı prezidentə şikayət məktubu ünvanlayıblar. Onlar baş həkimin öz maraqlarına xidmət edən, dövlət qeydiyyatına alınmayan və qanunsuz fəaliyyət göstərən mühafizə xidməti yaratdığını, xəstə yaxınlarından pul istəməsini, xəstəxanada xəstə alveri etdiyini, aptek və firmalarla faizə işlədiyini bildiriblər. Mühafizə xidmətinin əməkdaşları xəstəxanadan baş həkimin qanunsuz əməllərinə göz yummadıqları üçün çıxarılıblar.

Davamı olacaq…

Tarix
2014.08.18 / 10:39
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla