Yuxarı

Dünyada turistlərin sayı 5 faiz artıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü ildə dünyada turistlərin sayı 1 milyard 87 milyon nəfərə çatıb ki, bu da 2012-ci ilin göstəricisindən 5 faiz çoxdur. Bunu Ümumdünya Turizm Təşkilatının baş katibi Talib Rifai deyib.

Onun sözlərinə görə, ən böyük turizm artımı ötən il 563 milyon nəfərin səfər etdiyi Avropa ölkələrində qeydə alınıb. Bu, 2012-ci ilin göstəricisindən 29 milyon nəfər çoxdur.

Sakit okean regionu və Afrikada da artım müşahidə olunub.

Baş katib bildirib ki, iqtisadi böhranın nəticələrini yaşayan Cənubi Avropa ölkələri daha çox əcnəbi turist qəbul ediblər: "Məsələn, ötən il İspaniya ən çox turist qəbul edən ölkələrin siyahısında Çini ötərək ABŞ və Fransadan sonra üçüncü pilləyə yüksəlib. İspaniyada turizm 5 faiz artıb və 60 milyon nəfəri ötüb".

Səyahətə ən çox pul xərcləyənlər isə çinli turistlərdir. Onlar xarici ölkələrdə 75,2 milyard avro xərcləyiblər ki, bu da 2012-ci illə müqayisədə 28 faiz çoxdur.

2014-cü ilin proqnozlarına gəlincə, T.Rifai dünyada turizm sahəsində artımın 4-5 faiz təşkil edəcəyinə əmin olduğunu deyib (Trend) .

Tarix
2014.01.21 / 08:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla