Yuxarı

ABŞ İranla əldə olunan gizli razılaşmanı açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranla əldə edilmiş razılaşmanın mətbuata məlum olmayan gizli razılıq hissəsinin detallarını açıqlayıb.

"Axar.az"ın əldə etdiyi məlumata görə, Ağ Ev əldə olunan gizli razılığın 4 səhifəsi barədə məlumat verib.

Bildirilib ki, Beynəlxalq Atom Enerjisi Təşkilatı müqavilədə olan texniki məsələlərin gizli qalmasını xahiş edib.

Müqaviləyə görə, İran razılaşmanın tətbiq olunmağa başlayacağı 20 yanvara qədər 20% zənginləşdirilmiş uranın emalını dayandırmağı və əldə olunan uranın yarısını azaltmağı qəbul edir.

Bu tarixdən sonrakı 6 ay müdətində də İran uranın zənginləşdirilməsini məhdudlaşdıracaq. Uranın emalı üçün yeni müəssisənin təsisinə icazə verilməyəcək. Həmçinin Arak reaktoru üçün yanacaq emalı və sınaq keçirilməsi qadağan olunur.

Avropa Birliyi, "5 +1" ölkələri və İranın ortaq fəaliyyət planı çərçivəsində planın tətbiqinin həyata keçirilməsinə müşahidə etmək üçün Beynəlxalq Atom Enerjisi Təşkilatı ilə birlikdə ortaq komissiya qurulacaq. Komissiya Arak reaktorunu ayda bir dəfə ziyarət edəcək.

İranın atacağı addımlar qarşılığında sanksiyalar 6-7 milyard dollar həcmində yumşaldılacaq. 6 ay müddətində isə sanksiyaların bir çoxu aradan qaldırılacaq.

Sanksiyaların aradan qaldırılması 8 mərhələdə həyata keçiriləcək. İlk addım 1 fevralda, son mərhələ isə bu ilin 20 iyulunda tətbiq olunacaq.

Müqaviləni tənqid edən amerikalı səlahiyyətlilər Obama rəhbərliyinin İrana həddindən artıq güzəştə getdiyini bildirir.

Tarix
2014.01.17 / 21:50
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla