Yuxarı

Büdcəyə kənar nəzarət: niyə geriləyirik?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu və Hesablama Palatasının təşkilatçılığı ilə Mariott otelində keçirilən "Dövlət vəsaitləri üzərində kənar nəzarət" konfransı öz işinə başlayıb.

"Axar.az"ın konfransda olan əməkdaşının verdiyi məlumata görə, konfransda Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov, Milli Məclisin İqtisadi-siyasət komitəsinin üzvü Vahid Əhmədov, Azərbaycan Respublikasının Hesablama Palatasının Hüquqi və dövlət qulluğu şöbəsinin müdiri Faiq Nəcəfov, Avropa Birliyinin Azərbaycandakı nümayəndləyinin proqram rəhbəri Olaf Heydelbax, Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov və s. iştirak edirlər.

Tədbirdə ilk olaraq çıxış edən və konfrans iştirakçılarını təqdim edən Sabit Bağırovdan sonra millət vəkili Vahid Əhmədov dövlət vəsaitləri üzərində kənar nəzarətin önəmindən və ictimai nəzarət mexanizminin işləməsinin əhəmiyyətindən danışdı.

Ölkəni geri salan səbəblər

Hesablama Palatasının Hüquqi və dövlət qulluğu şöbəsinin müdiri Faiq Nəcəfov apardıqları tədqiqatları gərəkdirən səbəbləri açıqladı:

  1. Azərbaycanın sürətlə artan maliyyə imkanlarına nəzarət mexanizminin gücləndirilməsinin vacibliyi;
  1. Beynəlxalq maliyyə təşkilatlarının hesabatlarında müvafiq illər üzrə Azərbaycanda "korrupsiya qavrama indeksi"nin yüksək olması;
  1. Beynəlxalq təşkilatlar tərəfindən tərtib edilən reytinq hesablamalarında Azərbaycanın açıq büdcə indeksinin geriləməsi və s.

Büdcə pulları boşuna xərclənir

Rəşad Həsənov büdcədən olan xərclərə nəzarətin artırılmasının vacibliyindən danışdı. O qeyd etdi ki, büdcədən ayırmalarla bağlı ciddi nöqsanlar var:

"Məsələn, yolların çəkilməsi üçün dövlət büdcəsindən yetərli qədər pul ayrılır. Yollar çəkiləndən sonra isə, "Azərsu" dövlət büdcəsindən aldığı pul ilə yolları qazmağa və öz işini görməyə başlayır. Bu hal, yüngül desək, dövlət büdcəsindən olan pulların boşuna xərclənməsidir"

Nəzarət genişlənməlidir

Vüqar Bayramov dövlət büdcəsinə nəzarəti həyata keçirəcək olan rəsmi qurumların səlahiyyətlərinin genişləndirilməsini təklif etdi. O bildirdi ki, Hesablama Palatasının apardığı yoxlamaların ictimaiyyətə çatdırılması və "əl çatan" olması olduqca vacibdir.

Tarix
2014.01.17 / 12:08
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla