Yuxarı

Vaqif Mustafayev Rusiyadan qatar gətirdib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kinorejissor Vaqif Mustafayev Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyev barədə yeni film çəkir. Filmin adı "İnsanları xilas etmək"dir.

Filmin çəkilişi üçün Rusiyadan, Şimali Qafqaz Dəmiryolları Tarix Muzeyindən xüsusi olaraq Azərbaycana qədim teplovoz da gətirilib. Bu barədə muzeyin direktoru Vladimir Burakov yazıb.

V.Burakovun yazdığına görə muzeydən filmin çəkilişində istifadə etmək üçün paravozu Azərbaycan Prezidenti Administrasiyasından xahiş ediblər. ER-797-15 seriyasından olan paravoz xüsusi olaraq Rusiyadan Azərbaycana, Qaradağ stansiyasına gətirilib. Paravozu dartıb gətirmək üçün Azərbaycan tərəfi Şimali Qafqaza xüsusi qoşqu da göndərib. Paravozun filmdə çəkilməsi onunla bağlıdır ki, Heydər Əliyevin atası vaxtilə Zaqafqaziya Dəmiryollarında işləmişdi.

Filmdə baş rolu rusiyalı aktyor Proxor Dubrovin oynayıb. Paravozun maşinist köməkçisi rolunu isə Şimali Qafqaz dəmiryollarının lokomotivçisi Nikolay Bezqotovka oynayıb. Bildirilir ki, filmin çəkilişi ilə bağlı qrafik tez-tez dəyişib və yalnız 2013-cü ilin sentyabrında məlum olub ki, ilin sonuna qədər bütün səhnələri çəkib başa çatdırmaq lazımdır. Həmin vaxta qədər Azərbaycan dəmiryolçuları müstəqil şəkildə üç vaqon və bir ikioxlu platforma əldə ediblər. Söhbət ötən əsrin əvvəllərinə aid vaqonlardan və platformadan gedir. Çünki kinorejissor köhnə sərnişin vaqonlarından ibarət qatarın platformaya daxil olmasını səhnəsini çəkmək istəyirdi.

Şimali Qafqaz dəmiryolları ilə əldə edilmiş razılaşmaya əsasən muzeydən götürülən paravoz Tixoretsk stansiyasından yola çıxıb və vaxtında Biləcəri deposuna çatıb. Baş maşinist azərbaycanlı Bəbiroğlu Bəybalayev olub. Çəkilişin yarısında məlum olub ki, paravozun yanacağı-Mahaçqaladan götürülmüş daş kömür qurtarır. Azərbaycan dəmiryolçularında isə müvafiq yanacaq növü olmayıb. Nəticədə stansiyadan köhnə ağac şpalları söküb doğramaq lazım gəlib. Məhz bu yanacaq sayəsində paravoz geri qayıda bilib və Dərbənddə kömrük rəsmiləşməsindən keçib.

Muzey direktorunun yazdığına görə bu təcrübə göstərib ki, paravozları uzaq məsafəyə göndərmək üçün daha yaxşı hazırlaşmaq lazım idi. Belə ki, paravozu gətirən briqada üç həftə ərzində paravoz budkasında qalmalı olub, onların dincəlməyə ancaq bir çarpayıları var idi. Yuyunmaq, sanitar-gigeyena qaydalarına əməl etmək üçün isə heç bir şərait olmayıb. Buna baxmayaraq paravoz yolda bir dəfə də olsun xarab olmayıb və filmdə həmin səhnənin çəkilişi uğurla başa çatıb. Azərbaycan tərəfi rusiyalı maşinistlərə ürəkdən təşəkkür ediblər (Virtualaz.org).

Tarix
2014.01.17 / 11:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla