Yuxarı

Müdafiə Nazirliyi bəzi hərbi hissələri ləğv etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Müdafiə Nazirliyinin 3 hərbi hissəsi ləğv olunub.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Ləğv edilmiş hər üç hərbi hissə Bakı şəhərində yerləşir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda hərbi hissələrin ləğv olunması faktı təsdiqlənib.

"Azərbaycan Respublikasının prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Silahlı Qüvvələrdə islahatlar barədə tapşırıqlarının icrasını təmin etmək, müdafiə qabiliyyətini möhkəmləndirmək, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətini artırmaq məqsədilə Müdafiə Nazirliyinin tabeliyində olan bəzi hərbi hissələrin təşkilat-ştat strukturunun optimallaşdırılması həyata keçirilib", - deyə Müdafiə Nazirliyindən bildirilib.

Tarix
2014.01.16 / 15:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla