Yuxarı

Ermənilər əməliyyat keçirməyə hazırlaşırmış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dağlıq Qarabağda məskunlaşmış qondarma rejimin illik büdcəsi 150 milyon dollardır. Bu rejimin dəyəri 8-12 milyon dollar olan helikopter alması imkansızdır".

Bunu Axar.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. O, Ermənistanın vurulan helikopterlə bağlı məsuliyyəti üzərindən atmağa çalışdığını bildirib:

"Ermənistan ictimaiyyəti Ağdamda vurulan helikopterin guya Dağlıq Qarabağdakı işğalçı rejimə məxsus olmasına inandırmağa çalışır. Dağlıq Qarabağda məskunlaşmış qondarma rejimin illik büdcəsi 150 milyon dollardır. Bu rejimin dəyəri 8-12 milyon dollar olan helikopter alması imkansızdır. Belə bir texnikanı almaq və uçuşunu təmin etmək üçün ciddi vəsaitə ehtiyac var. Yəni Dağlıq Qarabağdakı işğalçı rejim heç bir halda bunu edə bilməz. Bundan əlavə helikopterin şəxsi heyəti Ermənistanda anadan olub və Ermənistan Silahlı Qüvvələrinin hərbçiləridirlər. Ermənistan ona məxsus olan helikopterin məsuliyyətindən yayınmağa çalışır".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Ermənistana məxsus helikopteri vurmaqla yalnız özünü müdafiə edib:

"Ermənistan bir neçə gündür ki, işğal olunmuş ərazilərdə böyük hərbi təlimlər keçirir. Azərbaycanın xəbərdarlığına rəğmən, Ermənistan bu təlimlər zamanı heç bir tədbir görmədi. Əksinə, Ermənistana məxsus helikopterlər cəbhə xətti boyunca təxribat xarakterli uçuşlar gerçəkləşdirdi. Çox güman ki, düşmən müəyyən əməliyyat həyata keçirməyi planlaşdırırdı. Düşünürəm ki, Azərbaycan hərbçiləri düşmənin gözlənilən hücumunun qarşısını aldı və təyyarənin vurulması ilə düzgün addım atıldı".

Tarix
2014.11.14 / 09:00
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla