Yuxarı

“Azərbaycan bu addımla iki önəmli ismarıc verdi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İşğalçı Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin vurulmasını Azərbaycanın İrəvana sərt xəbərdarlığı hesab edirəm".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev Ermənistana məxsus hərbi helikopterin mövqelərimizə hücum etmək cəhdinə cavab olaraq məhv edilməsinə münasibət bildirərkən deyib.

Politoloq sözügedən məsələ ilə bağlı Ermənistana iki önəmli mesajın verildiyini bildirib:

"Azərbaycanın bu addımı heç də səbəbsiz deyil. Hesab edirəm ki, Ermənistan tərəfi çoxdandır görməzdən gəldiyi iki ismarıcı artıq aldı. Bunlardan birincisi, Xankəndində aeropotun açılması ilə bağlıdır. Yəni ismarıc ondan ibarətdir ki, əgər belə bir cəhd edilsə, lazımı addım mütləq atılacaq. İkinci ismarıc isə ondan ibarətdir ki, rəsmi Bakı Ermənistanın Azərbaycanın hava məkanında təhdidedici tərzdə manevrlərinə və hava məkanını da işğal etməsinə heç vaxt imkan verməyəcək".

Xatırladaq ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib.

Tarix
2014.11.14 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla