Ana səhifə Gündəm |
"Soçidə Əliyev, Sərkisyan və Putinin görüşündən sonra mən Axar.az-a açıqlamamda demişdim ki, əgər danışıqlar konkret həll ilə yekunlaşmayıbsa, o zaman Qarabağda hərbi toqquşmalar davam edəcək. Prezident Əliyev Soçiyə konkret cavab üçün gəlmişdi. Amma konkretlik olmadı, hansısa pozitiv əhval-ruhiyyə və ümidin olması isə istisna deyildi".
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. O, hazırkı insidentin Əliyevə konkret cavab verilməməsi ilə bağlı olduğunu bildirib:
"Azərbaycan və ya Ermənistan tərəfini provokasiyada günahlandırmaq mənasızdır. Çünki bu provokasiyaların sonunu heç kim tapmayacaq. Rusiyanın Soçidə bu problemdə stabillik yaratmaq üçün hər cür şansı var idi, amma o bunu reallaşdıra bilmədi və yalnız tərəfləri dostluğa çağırmaqla kifayətləndi. İndi hər şeydə Moskva günahlandırılacaq. Nəticədə isə situasiya Donbasa bənzəyən şəkildə inkişaf edəcək. Amma Qarabağ ssenarisində Donbasdan fərqli situasiya mümkündür: Qarabağa təsir imkanları artıq nə Ermənistan, nə Rusiya, nə də Azərbaycanın əlində ola bilər - bu, birbaşa ABŞ-ın nəzarətinə keçə bilər. Əgər Moskvanın bu cür vəziyyət ürəyincə deyilsə, o zaman heç nə ona təşəbbüs göstərməyə maneə yaratmır ki, Azərbaycanla Ermənistan liderlərini yenidən bir araya gətirsin. Amma əlbəttə ki, nəticədə konkretlik olmalıdır ki, müharibə başlamasın".
Tarix
2014.11.13 / 21:20
|
Müəllif
İlkin Həsənov
|