Yuxarı

Azərbaycanlı deputatın meyiti tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Luqansk şəhərində bir ay əvvəl itkin düşmüş Luqansk üzrə keçmiş azərbaycanlı deputat Azad Vəliyevin meyiti tapılıb.

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında bildirib ki, bir ay əvvəl öldürülən meyit o qədər tanınmaz hala düşüb ki, yaxınları onun üzərindəki paltardan A. Vəliyev olduğunu biliblər.

A. Osmanov qeyd edib ki, hazırda meyit Luqanskda ekspertizaya təqdim edilib və ekspertizanın dəqiq cavabından sonra Azərbaycana göndəriləcək: "Onun yaxınları mənə bildirdilər ki, hadisə oktyabrın əvvəlində olduğu ehtimal edilir və meyitin yalnız sümük hissəsi qalıb. Mərhumun qohumları onun üzərindəki paltarının qalıqlarından tanıya biliblər".

A. Vəliyev 2006 - 2010-cu illərdə Luqansk vilayət Şurasına seçilən yeganə azərbaycanlı deputat olub.

Qeyd edək ki, A. Vəliyevin bir müddət əvvəl Luqansk yaxınlığında itkin düşdüyü bildirilmişdi.

Tarix
2014.11.12 / 17:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla