Yuxarı

Azərbaycan “Dünya səyahət bazarı – 2014” sərgisində

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 3-dən 6-dək Londonda keçirilən "Dünya səyahət bazarı – 2014" ("World Travel Market – 2014") ənənəvi beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları da nümayiş etdirilib.

Axar.az xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm Assosiasiyasının əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.

Sərgidə həmçinin "Geo travel", "SW travel", "ENC tours", "The tour", "Turizm.az", "AL travel", "İmprotex travel", "ATA travel", "STİ travel", "Regea travel", "Proxy travel", "Gilan tourism", "Büllur travel", "Millennium Tourism and Congress" şirkətləri, "Pik Palace" və "Jumeirah Bilgah Beach" hotelləri, "Azərbaycan Hava Yolları" (AZAL) təmsil olunub.

Turizm Nazirliyinin mətbuat katibi bildirib ki, üzdəniraq qonşularımız sərgidə də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin turizm imkanları ilə bağlı ayrıca guşə yaratmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. Ermənistan stendində "Karabakh" adlı lövhə qoyulub, Londonda yaşayan azərbaycanlı tələbələr isə Ermənistanın stendi önündə iki dəfə səssiz etiraz aksiyası keçiriblər.

Qeyd edək ki, 2002-ci ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və turizm şirkətlərimiz artıq 12-ci dəfə London sərgisində iştirak edib.

Tarix
2014.11.12 / 03:28
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla