Yuxarı

Bakıda bir gecədə 2 qəza, 5 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında Suraxanı rayonu Qaraçuxur qəsəbəsində içkili sürücü 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza törədib.

APA-nın məlumatımna görə, hadisə qəsəbənin Etibar Bəkirli küçəsində qeydə alınıb. Şamxal Hüseynovun idarə etdiyi VAZ-2104 markalı avtomobil , qarşıdan gələn Orxan Babayevin idarə etdiyi VAZ-2107 ilə toqquşub. Nəticədə "04" də olan sürücü və sərnişini, o cümlədən "07"-nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qəzanın baş verdiyi əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları və təcili tibbi yardım briqadası gəlib. Yaralılara hadisə yerində ilkin yardım göstərildikdən sonra xəstəxanaya aparılıblar. Yararsız hala düşmüş avtomobillər isə, evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. İlkin ehtimallara görə, qəzanın baş verməsinə səbəb VAZ 2104-ün sürücüsünün avtomobili içkili vəziyyətdə idarə etməsi olub.

**

Bakının Sabunçu rayonunda 2 nəfərin yaralanması ilə nəticələnən qəza baş verib.

APA-nın məlumatına görə, qəza Zabrat-Maştağa yolunda qeydə alınıb.

"Qazel" markalı yük maşını 19 yaşlı Emin Muxtarova məxsus VAZ 21015-lə toqquşub. Qəza zamanı sürücü Emin Muxtarov və sərnişini Fərid Babayev yaralanıblar. Yük maşınının sürücüsü və sərnişini isə, hadisə yerini tərk edib. Yaralılar təcili yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralılara ilkin tibbi yardım göstərilib və vəziyyətləri ağırdır.

Tarix
2014.11.11 / 08:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla