Yuxarı

“Avtobus terroru”nu durduran olacaqmı? - Qorxulu statistika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda "avtobus terroru" dayanmır. Ölkə yollarında marşrut qırğını səngimək bilmir.

Axar.az xəbər verir ki, sərnişinlərin ən çox narahatlıq keçirdiyi problem avtobus qəzalarıdır. Redaksiyamıza gələn müraciətlərdə də bu məsələnin ictimailəşdirilməsi xahiş olunur.

Çünki paytaxt yollarında avtobus qəzaları artıq adidən adi hala çevrilib. Bu qəza risklərinin və faciəyə səbəb olan hadisələrin artmasında birmənalı şəkildə təqsirkar sürücülər göstərilir. Bir çox hallarda sürücülərin sürət həddini aşması, bir-birinə yol verməməsi ağır qəza ilə nəticələnir.

Nəqliyyat Nazirliyinin vaxtaşırı marşrut sürücüləri ilə bağlı keçirdiyi reydlər də qəzaların qarşısını ala bilmir. Hətta sürücülük vəsiqəsi olmayanlar sərnişin daşıyırlar. Bunun nəticəsidir ki, 2014-cü ilin 9 ayı ərzində olan məlumatına görə, avtobusların iştirakı ilə 40 yol-nəqliyyat hadisəsi baş verib.

Hadisələr nəticəsində 9 nəfər ölüb, 40 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sərnişindaşımada yol hərəkəti qaydalarını pozan 1526 sürücü aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, 2014-cü ilin 9 ayı ərzində paytaxtın inzibati ərazisində 679 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 237 nəfər ölüb, 667 nəfər xəsarət alıb.

Tarix
2014.11.11 / 09:15
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla