Yuxarı

Azərbaycanlı deputat Bakı səfərlərinə 1 milyon xərcləyib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akif Sayadovun vəzifələrini onun müavini həyata keçirir.

Bu barədə Axar.az-a bir müddət öncə Komidə həbs edilmiş azərbaycanlı deputat Akif Sayadovun Baş direktoru olduğu "Uxtaneftqazgeologiya" şirkətindən məlumat veriblər.

Şirkətdən hələlik Akif Sayadovun səlahiyyətlərinin İqor Yevgeneviç Romanova verildiyini bildirilib:

"Akif Sayadovun maliyyə fırıldaqları ucbatından həbs olunmasına biz inanmırıq. Onun yerinə indiyə qədər baş direktor təyin edilməyib. A.Sayadovun səlahiyyətlərini isə Baş direktorun müavini olan İqor Yevgeneviç Romanov həyata keçirir".

Həmyerlimizlə bağlı digər bir iddia isə Rusiya "Gazeta-respublika.ru" saytı tərəfindən irəli sürülüb. Saytın yazdığına görə, Sayadov tez-tez Azərbaycana səfər edib. Bu isə əsasən 2009-2013-cü illəri əhatə edib. Deputatın məhz bu səfərləri qanunsuz olaraq "Uxtaneftqazgeologiya"nın maliyyəsi hesabına həyata keçirilib. Milyonçu bunun üçün 1,2 milyon rubl (19762.78 AZN) xərcləyib.

Qeyd edək ki, Akif Sayadov oktyabrın 29-da həbs olunub. Onun həbs olunmasına ilkin əsas səbəb kimi maliyyə fırıldaqları və beynəlxalq terrorizmə dəstək verməsi göstərilib. Daha sonra Rusiya Federasiyasının İstintaq Komitəsi Sayadovu pulların qeyri-qanuni yolla leqallaşdırılmasında günahlandırıb.

Bəzi mənbələr isə Akif Sayadovun məhz Putinin əleyhinə çıxış etdiyi üçün həbs edildiyini vurğulayıblar. A.Sayadovun sırf biznes maraqları baxımından Putin siyasətini tənqid etdiyi də gələn xəbərlər sırasında yer alıb. Rusiyaya tətbiq edilən çoxsaylı sanksiyalardan əziyyət çəkdiyi və bunu Putinin yarıtmaz siyasəti ilə əlaqələndirdiyi, ölkənin uçuruma aparıldığı haqda çıxışlar etdiyi iddiaları sonda A.Sayadovun həbsinə yol açıb.

Onu da xatırladaq ki, 63 yaşlı A.Sayadov "Uxtaneftqazgeologiya" ASC-nin baş direktorudur. O, Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1990-cı ildə "Uxtaneftqazgeologiya" ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib.

Tarix
2014.11.09 / 09:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla