Yuxarı

Fransız futbolçu: “Qarabağ”la oyun həlledici olacaq"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnter"lə oyunda hər iki komandanın qalib gəlmək şansları var idi. Hətta ilk hissədə rəqib hesabı 0:2 edə bilərdi. Biz isə ikinci hissədə daha inamlı təsir bağışladıq. Ancaq doğma meydanda "İnter"ə qalib gəlməli idik".

Axar.az xəbər verir ki, bu sözləri "Sent Etyen" klubunun futbolçusu Fabien Lemuan İtaliya "İnter"i ilə oyun (1:1) haqda danışarkən deyib.

Fransız yarımmüdafiəçi "pley-off"a adlamaq şanslarından və növbəti turda "Qarabağ"la qarşılaşacaqları oyundan da danışıb: "Dnepr"in "Qarabağ"a qalib gəlməyi bizi ikinci pilləyə yüksəltdi. Ancaq üç komandanın dörd xalı var. Bu isə hər üç komandanın "pley-off"a çıxmaq şansının olduğunu göstərir. Qarşıda iki vacib oyunumuz var. Birinci matçımız doğma meydanda "Qarabağ"a qarşı olacaq. Bu görüş qrupdan çıxmaq baxımından həlledici olacaq".

Xatırladaq ki, "Sent Etyen" – "Qarabağ" matçı noyabrın 27-də, Fransada keçiriləcək.

Tarix
2014.11.08 / 22:31
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla