Yuxarı

“Unibank”dan Bayraq Günü hədiyyəsi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Unibank" Azərbaycan xalqını 9 noyabr Dövlət Bayrağı günü münasibətilə təbrik edir, bayrağımızın hər zaman zirvələrdə dalğalanmasını arzulayır. Bayraq günü ilə əlaqədar "Unibank" hər bir vətəndaşımız üçün xüsusi sürprizlər hazırlayıb. İşindən, peşəsindən asılı olmayaraq hər kəs 8 noyabrda "Unibank" filiallarına yaxınlaşaraq, bu sürprizdən faydalana bilər. Sürprizin nədən ibarət olduğunu isə elə filiallarımıza müraciət edəndə biləcəksiniz.

Artıq siz iş yerinizdən arayış gətirmədən də "Unibank" filiallarına kredit almaq üçün müraciət edə bilərsiniz. Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, "Unibank" "Elektron Hökumət" portalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə biləcəklər.

İldən- ilə xidmət şəbəkəsini genişləndirən "Unibank"ın paytaxtda 23, bölgələrdə isə 15 filialı var. Baş ofis də daxil olmaqla, bank 38 filialı ilə həftənin 6 günü səhər saat 09.00-dan axşam 17.00-dək müştərilərinə müxtəlif bank xidmətləri göstərir. Müştərilər nahar fasilələrində belə filialların xidmətindən istifadə edə bilirlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud feysbuk səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.

"Unibank" - hər kəsin bankı

Tarix
2014.11.08 / 11:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla