Yuxarı

ABŞ-ın ”Topal ördək” prezidentləri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentlərinin müxalif Konqreslə çalışmaq məcburiyyətində qaldığı "topal ördək" mövqeyi ABŞ siyasət tarixində qeyri-adi sayılmır.

Xüsusilə də son 3 prezident dövründə yaşanan bu hadisə yenə də təkrarlanacaq.

ABŞ seçki sisteminə görə, yeni prezident seçildiyində eks-prezident dövlət işlərinin axsamaması üçün təxminən 3 ay vəzifəsini davam etdirir. Belə bir vəziyyətdə ikinci dəfə seçilməmiş prezident siyasət dilində "topal ördək" adlandırılır. Konqresə müxalifətin hakim olduğu hallarda da bu termindən istifadə edilir. Bu səbəbdən də seçkilərdən sonra preziden Obama da Konqres üzərində nəzarətini itirdiyi üçün "topal ördək" sayıla bilər.

ABŞ-da bu hadisə 1900-cü ildən günümüzədək 17 dəfə təkrarlanıb. Xüsusi ilə 1970-ci ildən sonra ABŞ-da bölünmüş hökumətlərin tez-tez yaşandığını görə bilərik. 1969-cu ilin yanvarından 2013-cü il yanvarınadək keçən 44 ilin ilk 22 ilində 6 prezident-Riçard Nikson, Cerald Ford, Ronald Reyqan, Corc Buş, Bill Klinton və Corc U. Buş müxalif Konqreslə ölkəsini idarə edib. Son prezident Obama da Reyqan, Klinton və ata-oğul Buş yolunu getdi.

ABŞ-ın Respublikaçı Partiyasından olan 37-ci prezidenti Riçard Nikson həm 1969-1974-cü illərdəki prezidentlik dövründə, həm də "Uotergeyt" qalmaqalına görə istefa vermək məcburiyyətində qaldığı ikinci dövr prezidentliyində Demokratlar Konqresin hər iki qanadında üstünlüyü əlində saxlamışdı.

Niksonun istefasından sonra prezident seçilən Respublikaçı Cerald Ford da 1974-1977-ci illərdə demokratların Konqresin idarəsini əlində saxladığı dövrdə prezident olmuşdu.

1981-1989-cu illərdə Ağ Ev sahibi olan Respublikaçı Ronald Reyqan 1986-cı ildən sonra son iki ilini demokratların Konqresdə nəzarəti ilə tamamladı.

Respublikaçı Partiyadan seçilən və ABŞ-ın 41-ci prezidenti olan Corc Buş da prezidentliyinin bir dövrünü demokratların Konqresə nəzarət etdiyi vaxtda keçirib.

Demokratlar Partiyasından olan Bill Klinton 1992-ci ildə seçkilərdə qələbə qazananda Demokratlar həm Nümayəndələr Palatasında, həm də Senatda nəzarəti əlində saxlamışdı. Lakin iki il sonra keçirilən təkrar seçkilərdə parlamentin hər iki qanadında nisbət Respublikaçıların xeyrinə dəyişdi.

Klintonun 2001-ci ilə qədər prezidentliyi dönəmində ilk iki ili çıxsaq, qalan 6 ilini Respublikaçılarla keçirmişdi.

ABŞ-da bölünmüş hökumətlərə ən son nümunə isə 2007-2009-cu illəri göstərmək olar.

Respublikaçılardan olan Corc Buş Ağ Evdəki son iki ilini demokratların Konqresin hər iki qanadında üstün olduğu şəraitdə tamamlamışdı.

ABŞ-ın Demokrat prezidenti Barak Obama da sələflərindən gələn ənənəni pozmadı. Keçirilən seçkilər nəticəsində Obama partiyasının Konqresin hər iki qanadında üstünlüyü itirməsi səbəbindən qarşıdan gələn son iki ildə "topal ördək" olacaq.

ABŞ-da noyabrın 4-də 435 üzvlü Nümayəndələr Palatası ilə Senatın 36 kürsünü müəyyən etmək üçün keçirdiyi seçkilər müxalifətdəki Respublikaçıların qələbəsi ilə nəticələndi.

Nümayəndələr Palatasında çoxluq təşkil edən Respublikaçılar bununla Senatda da üstünlüyü ələ keçirdi.

Beləliklə, göründüyü kimi, ABŞ prezidenti Barak Obama tək qalıb. Mütəxəssislərin fikrincə, bu, gələcək iki ildə Obamanın fikirləşdiyi layihələrin ürəyində qalması ilə nəticələnəcək. Bundan başqa yaxın iki ildə İŞİD-ə qarşı koalisiyanın hərbi əməliyyatlara başlaması, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi, İranla danışıqlarda sərt addımların atılması və digər qlobal problemlərdə irəliləyiş əldə etmək asan olmayacaq.

Tarix
2014.11.08 / 01:25
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla