Yuxarı

Kembric Universitetinin professoru tələbələrlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Docendo discimus" layihəsi çərçivəsində Kembric Universiteti Yaxın Şərq və Asiyaşünaslıq fakültəsinin professoru xanım Elizabet Raqaqni Bakı Slavyan Universitetinin müəllim və tələbələrinə mühazirə deyib.

Axar.az xəbər verir ki, beynəlxalq layihələr sektorunun təşkilatçılığı ilə keçirilən tədbirdə professor dinləyicilərə Monqolustanda, Rusiyanın ucqarlarında yaşayan türkdilli xalqların mədəniyyəti, başqa türk xalqları ilə qohumluq əlaqələri, müxtəlif ifadələrin etimologiyası barədə maraqlı məlumatlar verib.

Dil qruplarından silinmək təhlükəsi ilə üzləşmiş türk dillərini araşdıran professor cəmi 500-dək adamın danışdığı duxa dilini nümunə gətirib. E.Raqaqninin sözlərinə görə, elə türk dilləri var ki, onun müasir daşıyıcıları ana dillərini xarici dil kimi öyrənirlər.

Tədbirdə tayqada yaşayan xalqların həyat tərzini əks etdirən slaydlar nümayiş olunub. E.Raqaqnin dinləyiciləri maraqlandıran sualları cavablandırıb.

Kembric Universitetinin professoruna Bilik Fondunun hədiyyəsi təqdim edilib.

Tarix
2014.11.07 / 13:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla