Yuxarı

"Oğlum İŞİD yolunda ölsə, xoşbəxt olaram" - Fotolar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailəsi ilə birlikdə Suriyadan gələrək Türkiyəyə sığınan 13 yaşlı bir uşaq necə cihadçı olduğunu və İŞİD-ə qatıldığını izah edib.

Axar.az xəbər verir ki, BBC-yə müsahibə verən 13 yaşlı suriyalı ötən il İŞİD-ə qoşulduğunu bildirib.

Özünə Əbu Xəttab olaraq xitab edilməsini istəyən uşaq günün bütün hissəsini internetdə cihad videolarını izləməklə və Feysbukda İŞİD üzvləri ilə söhbət edərək keçirdiyini deyib.

Yaxın zamanda İŞİD-ə qatılmaq üçün Rakkaya gedəcəyini qeyd edən Əbu Xəttab silahlarla çəkilmiş şəkillərini BBC-yə təqdim edib:

"Yoldaşlarımla çıxıb əylənmək istəmirəm. Allah bizə cənnət üçün iş və döyüşməyi əmr edir. Daha əvvəl park və dəniz kənarına gedərdim, amma bunun səhv olduğunu fərq etdim və doğru yolu seçdim".

Xəttab Qərbin yaxın vaxtda məhv ediləcəyini vurğulayıb:

"İngiltərəyə hücum etmək lazımdır, çünki NATO üzvüdür və İŞİD-ə qarşı savaşır. Amma biz yalnız ölümə layiq olanları öldürürük. Əgər məndən Türkiyədə hücum təşkil etməyi istəsələr, edərəm".

Müsahibədə iştirak edən Xəttabın anası oğluna İŞİD-ə qatılmaq üçün dəstək verilmədiyini bildirib. Oğlunun bəzi fikirləri ilə razılaşdığını deyən Fatimə İŞİD-in Suriya xalqına dəstək üçün gəldiyinə inandığını söyləyib.
Döyüşün uşaqları tez formalaşdırdığını söyləyən Fatimə oğlunun gələcəyin lideri olmasını istədiyini dilə gətirib:

"Qərbliləri öldürsə, pis olmaram. Digər oğullarım qeyri-hökumət təşkilatları ilə çalışırlar. Buna görə utanıram. Onlar da silahlanmalıdır. Əgər oğlum İŞİD üçün döyüşərkən ölsə, çox xoşbəxt olaram".

Tarix
2014.11.07 / 08:30
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla