Yuxarı

Sığorta şirkətinin lisenziyası dayandırıldı – Səbəb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Nazirliyi Azərbaycanda fəaliyyət göstərən "Başak-İnam" sığorta şirkətinin lisenziyasını dayandırıb.

Axar.az xəbər verir ki, buna səbəb şirkətin lisenziya almaq üçün tələb olunan minimum kapitala sahib olmamasıdır:

"Kapitalının minimum məbləği məcmu kapitalı qanunvericiliklə müəyyən olunmuş səviyyəyə uyğun olmadığı üçün "Başak- İnam Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə 04 noyabr 2014-cü il tarixdən dayandırılmışdır".

Xatırladaq ki, "Başak-İnam Sığorta Şirkəti" ASC 9 avqust 1996-cı ildə Türkiyə tərəfdən "Başak Sığorta" AŞ və Azərbaycan tərəfdən 1994-cü ildə "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Turanbank" ASC, "Aqrar-Kredit" SKT və fiziki şəxslərin təsis etdiyi "İNAM" təkrarsığorta şirkətinin ortaqlığı ilə təsis edilib.

Şirkətlə ilk olaraq bu ortaqlığa "Azər Türk Bank" ASC qoşulub. 2003-cü ildə isə "Azərbaycan Beynəlxalq Bankı" ASC özünün Beynəlxalq sığorta şirkətini yaradıb və "Başak-İnam"ın təsisçiliyindən çıxıb.

Tarix
2014.11.06 / 12:41
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla