Yuxarı

İlham Əliyev: "Ən çətin vəziyyətə Tacikistan və Azərbaycan düşmüşdü"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 16-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edərkən deyib: "Tacikistana yenidən rəsmi səfər etmək dəvətinə görə Sizə təşəkkürümü bildirmək istərdim. Dost, qardaş Tacikistan torpağında olmağıma çox şadam. Mənə və nümayəndə heyətimizin üzvlərinə göstərilən qonaqpərvərlik münasibətlərimizin yüksək səviyyəsinə dəlalət edir. İlk növbədə, Sizi və bütün tacik xalqını müstəqilliyin möhkəmləndirilməsi və Tacikistanın sosial-iqtisadi inkişafı işində böyük nailiyyətləri münasibətilə təbrik etmək istərdim. Həmin uğurlar illik sürətli iqtisadi artım rəqəmlərində özünü göstərir".

Dövlət başçısı qeyd edib ki, bu uğurları elə ilk baxışdan Düşənbənin necə yeniləşdiyini və gözəlləşdiyini görəndə də hiss etmək olar: "Qurub-yaratma, inkişaf, beynəlxalq və regional siyasətdə fəal iştirak ölkənizi səciyyələndirir. Biz dost kimi sizin uğurlarınıza sevinirik. Əlbəttə ki, rəsmi səfərin imkanlarından istifadə edərək, gələcək əməkdaşlığın yollarını müəyyənləşdirmək istəyirik. Bu gün təkbətək görüşdə qeyd etdiyimiz kimi, biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əməkdaşlıq edirik. Biz bütün məsələlərdə bir-birimizi dəstəkləməliyik. Çünki fikir mübadiləsi zamanı qeyd etdiyimiz kimi, bizim çox mürəkkəb, xüsusilə müstəqilliklə bağlı mürəkkəb tariximiz var".

İlham Əliyev bildirib ki, müstəqillik böyük çətinliklərlə əldə edilib: "Bəlkə də ən çətin vəziyyətə Tacikistan və Azərbaycan düşmüşdü. Çünki məhz bizim ölkələrimizdə vətəndaş müharibəsi olmuşdu. Sizdə bu müharibə daha uzun müddət çəkdi və daha böyük qurbanlar oldu. Bizdə isə bu müharibə nisbətən az çəkdi, lakin xeyli tələfat oldu. Mahiyyətcə bu sarsıntılar ölkələrimizə inkişaf etməyə imkan vermirdi. Sizin rəhbərliyinizlə Tacikistanda sabitliyin bərqərar edilməsi davamlı inkişaf üçün başlıca amil oldu. Bu gün ölkənizə sərmayələr yatırılır, Tacikistan beynəlxalq və regional təhlükəsizlik sistemində layiqli yer tutur, regionda vacib rol oynayır. Əlbəttə ki, Tacikistan inkişaf etdikcə bu rol daha da artacaq".

***

Tacikistan Prezidenti Emoməli Rəhmon da görüşdə çıxış edərkən deyib: "Bu gün sizin hamınızı bu zalda görmək bizə xüsusi sevinc bəxş edir. Əminəm ki, bugünkü görüş Azərbaycan Respublikası və Tacikistan Respublikası xalqlarının rifahı naminə ölkələrimizin zəngin potensialının daha tam və səmərəli şəkildə reallaşması istiqamətində qarşılıqlı səylərin parlaq nümunəsi kimi dövlətlərimizin münasibətlərinin salnaməsinə yeni səhifə yazacaq. Ölkələrimiz regional və qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsinin qəti tərəfdarıdırlar. Onlar istər ikitərəfli formatda, istərsə də üzv olduqları regional və beynəlxalq təşkilatlar çərçivəsində dostluq münasibətlərini dəstəkləyirlər".

Prezident qeyd edib ki, bugünkü Azərbaycan beynəlxalq münasibətlərin mühüm subyektidir, Qafqaz regionunun iqtisadi, siyasi və mədəni mərkəzidir: "Bunu, Azərbaycanın demək olar ki, dünyanın 150 ölkəsi ilə ticarət əməliyyatı aparması və Avropanın bir sıra ölkələrində biznesə sərmayə yatırması təsdiq edir. Bundan əlavə, TRASECA hökumətlərarası komissiyanın daimi katibliyinin fəaliyyəti, Bakıda Dubay Ticarət-Sənaye Palatasının MDB ölkələri üzrə nümayəndəliyinin açılması, eləcə də gələn il ölkənizdə Ekobankın illik iclasının keçirilməsi beynəlxalq və regional əməkdaşlıq sistemində Azərbaycanın bir daha önəmli mövqeyinin göstəricisidir. Biz əsl dost kimi, şübhəsiz ki, qardaş ölkənin bu nailiyyətlərinə sevinirik. Fürsətdən istifadə edərək bəyan edirəm ki, Tacikistan Azərbaycanın nüfuzunun möhkəmləndirilməsinə, sülhün bərqərar olmasına, sabitlik və regional əməkdaşlığa hədəflənmiş təşəbbüsləri daim dəstəkləyəcək".

Tarix
2014.10.16 / 20:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla