Yuxarı

Arkov: “Ermənilər Azərbaycan sərhədindən çəkilməlidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan və Ermənistan liderləri nə qədər çox görüşüb müzakirə aparsalar, bir o qədər də situasiyanın pisləşdirən provokatorların imkanları az olar".

Bu sözləri Axar.az-a açıqlamasında "Politrus.com" saytının Ekspert Analitik Şəbəkəsinin rəhbəri Vitali Arkov deyib.

O, Ermənistan və Azərbaycan arasında silah tətbiq olunmaması haqqında razılığın vacibliyini vurğulayıb:

"İnanmıram ki, Parisdəki görüş Qarabağ konfliktinin həll edilməsinə imkan verəcək. Hələlik heç bir tərəf ciddi güzəştlərə getmək imkanına hazır deyil. Amma Azərbaycan və Ermənistanın nəzarəti altında olan Qarabağın sərhədində silah tətbiq edilməməsi haqqında razılığa nail olmaq çox vacibdir. Mən əvvəllər də demişəm ki, yeni qanlı toqquşmalardan qaçmaq üçün Ermənistan Silahlı Qüvvələri (onlar Dağlıq Qarabağ adı altında maskalansalar da) Azərbaycanla sərhəddən çəkilməli və onları burada Minsk Qrupunun üzvü olan dövlətlərin sülhməramlıları əvəz etməlidir. Bu iki prezidentin danışıqlarının gündəmini dəyişməyə imkan verər. Yəni bir-birini sərhəddəki hərbi toqquşmalarda günahlandırmaq əvəzinə artıq müxtəlif həll, sülh variantlarını müzakirə edərək konstruktiv dialoq apararlar".

Tarix
2014.10.16 / 17:09
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla