Yuxarı

Nazirliyin rüşvətxor işçisi həbs edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvətxorluqda ittiham olunan universitet müəllimi, Təhsil Nazirliyinin əməkdaşına dələduzluq maddəsilə ittiham elan edilib.

Baş prokurorluqdan Axar.az-a verilən məlumata görə, vətəndaş Şəlalə Hüseynovanın başqaları ilə əlbir olub cinayət əlaqəsinə girərək vətəndaşların etibarından sui-istifadə etmək və aldatma yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirməsi və yol verdiyi digər qanunsuz hərəkətlərlə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Aparılmış istintaqla 2008-2014-cü illərdə Şəlalə Hüseynovanın Azərbaycan Pedoqoji Universitetinin müəllimi Zemfira Qasımova, Təhsil Nazirliyinin Elm şöbəsinin aparıcı məsləhətçisi Rəhilə Abdullayeva, tanışı İsmayıl İsmayılov və Şövkət Həziyeva ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək ayrı-ayrı şəxslərin müxtəlif ali təhsil müəssisələrinə qəbul etdiriblər. Həmçinin onlar həmin ali təhsil müəssisələrinin diplomlarının verilməsi barədə yalandan vəd edib aldatdıqları şəxslərə saxta diplomlar veriblər. Habelə məhkəmədə baxılan cinayət işi üzrə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı yüngülləşdirmək adı altında vətəndaşlardan ümumilikdə 82 min 400 manat və 15 min ABŞ dolları məbləğində pulu aldatma yolu ilə ələ keçiriblər.

Bu faktlarla əsasən Şəlalə Hüseynovaya Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma), İsmayıl İsmayılova, Rəhilə Abdullayevaya, Zemfira Qasımovaya 178.3.2-ci, Şövkət Həziyevaya isə 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrində nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
2014.10.16 / 12:44
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla