Yuxarı

Əfqanıstanın yeni birinci xanımı xristian imiş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda yeni prezident seçilən Əşrəf Qaninin həyat yoldaşı Runa Qaninin Livan əsilli xristian olması ölkədə qalmaqala səbəb olub.

Axar.az xəbər verir ki, bundan başqa Əşrəf Qaninin öz həyat yoldaşını seçki kampaniyalarında öz yanında gəzdirməsi də ölkədəki din xadimlərinin narazılığına gətirib çıxarıb. Çünki əvvəlki prezident Həmid Kərzayın vaxtında heç kim ölkənin o vaxtkı birinci xanımı Zinyəti Kərzayı görməmişdi.

Qani öz vəzifəsinin icrasına başladığı gün andiçmə mərasimində etdiyi çıxışında həyat yoldaşına və dostlarına təşəkkür etmiş, hətta mərasimə öz xanımı ilə gəlmişdi. Ölkədəki qadın haqları təşkilatları Qaninin bu addımını müsbət qarşılayıblar.

Amma dini çevrələr yeni prezidentin xanımının xristian olmasını açıq şəkildə narazılıqla qarşılayıblar. Kabildəki Bağ Bala məscidinin imamı Maulavi Həbibullah Haşam ölkənin birinci xanımını ittiham etməkdən belə çəkinməyib: "Heç kim onun İslamı qəbul etdiyini görməyib. Onun məqsədi insanları xristian etməkdir".

Tarix
2014.10.16 / 10:56
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla