Yuxarı

İlham Əliyevin Düşənbədə rəsmi qarşılanma mərasimi oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan Respublikasına rəsmi səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 16-da Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimi olub.

AzərTac xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüb

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Azərbaycanın və Tacikistanın dövlət himnləri səsləndi. Azərbaycan Prezidenti Tacikistan əsgərlərini salamladı. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvləri Prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Tarix
2014.10.16 / 10:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla