Yuxarı

ABŞ mətbuatından Ərdoğan haqda inanılmaz fikirlər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ mətbuatı Ərdoğanın "Türkiyənin Atatürkdən sonrakı ən güclü lideri" olduğunu qeyd edib.

Axar.az xəbər verir ki, Türkiyənin ünlü xəbər agentliyi "Anadolu Ajansı" bu barədə xəbər verib.

Agentlik Ərdoğanın prezidentlik səlahiyyətlərinin təhvil-təslim mərasiminin dünya mediasında işıqlandırılmasına toxunaraq bir çox nüfuzlu dərgilərə istinad edib.

ABŞ-ın CNN, "Val Strit Jurnal"ı Ərdoğanı yeni siyasi kursun müjdəçisi və Türkiyədə xalq tərəfindən seçilən ilk prezident kimi qələmə verib.

Nüfuzlu "Kristian Sayens Monitor" dərgisi isə Ərdoğanı Türkiyənin qurucusu Mustafa Kamal Atatürkdən sonra ən güclü lider kimi xarakterizə edib.

Agentlik Azərbaycan mətbuatında Ərdoğanın prezidentlik dönəminin başlanılmasına dair gedən xəbərləri işıqlandırıb.

Sevindirici haldır ki, Türkiyə mətbuatının əsas siması sayılan agentlik "Gündəlik Teleqraf" qəzetində də sözügedən hadisə ilə bağlı xəbərləri işıqlandırıb.

Qəzetdə "Ərdoğan rəsmən prezident oldu" başlığı ilə gedən xəbərə diqqət çəkən agentlik ayrıca olaraq inauqurasiya mərasimində ölkəmizdən Türkiyəyə gedəcək rəsmilərin adlarını sadalayıb.

Bundan başqa agentlik "Yeni Müsavat", "Ekspress", "Şərq" qəzetində Ərdoğanla bağlı yazıları da işıqlandırıb.

Tarix
2014.08.30 / 16:40
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla