Yuxarı

Jurnalistin Suriyaya gedən vəhhabi qardaşından xəbər var - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl Suriyaya getdiyini güman edərək sələfi qardaşını axtaran "Paralel" qəzetinin jurnalisti Akif Nəsirli Axar.az-a danışıb.

Qardaşının geri qayıtmasından sonra son vəziyyət barədə açıqlama verən A.Nəsirlinin sözlərinə görə, Firuz Nəsirov xəbərsiz Türkiyəyə getmişdi və onun Suriyada döyüşlərə qatılacağından şübhələnmişdi. Jurnalist deyib ki, həmin zaman polisə müraciət edib, barəsində axtarış verib:

"Onu İstanbula uçmağa qoymamışdılar. Gəncədə idi və geri döndü. Firuz geri qayıdandan sonra aramızda söhbət olub. Dedi ki, İstanbula iş dalınca getmək istəyib və Suriyada döyüşmək fikri olmayıb. Qardaşım indi rayondadır. Ümumiyyətlə, demək olar ki, fikrindən daşınıb. Hərçənd deyir ki, əvvəl də o fikirdə olmayıb".

A.Nəsirli qeyd edib ki, qardaşı müalicə alır:

"Hazırda heç bir işlə məşğul olmur. Mən o vaxt da demişdim, onun səhhətində problemlər var. Odur ki, müalicə olunur".

Jurnalistin qardaşı 1981-ci il təvəllüdlüdür və Beyləqanın Əlinəzərli kəndində anadan olub. Orta təhsilli bu gənc əvvəllər musiqi ilə məşğul olub, sələfilərə qoşulandan sonra musiqini buraxıb. Qeyd edək ki, Suriyada müharibə və terror başlandığı vaxtdan xeyli sayda azərbaycanlı orada döyüşməyə gedib. Bəzi qaynaqların verdiyi xəbərlərdə bildirilir ki, Azərbaycandan gedənlər arasında hər iki tərəfdən döyüşənlər var. Şiə təriqətinə aid olanlar Bəşər Əsəd tərəfindən vuruşur, vəhhabilər isə ona qarşı cəbhədə yer alıblar.

Tarix
2014.08.30 / 09:23
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla