Yuxarı

XİN: “İrəvanın erməniləri aldatmasını ifşa edəcəyik”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kaliforniya ştatının qətnaməsi kağız parçasından başqa bir şey deyil".

Axar.az xəbər verir ki, bu sözləri Elman Abdullayev keçirdiyi brifinqdə deyib. O vurğulayıb ki, erməni mətbuatının təqdim etdiyi kimi sənəddə "Dağlıq Qarabağ" respublika kimi tanınmır:

"Sənəd deklorativ xarakter daşıyır. Və heç bir qüvvəsi yoxdur. Erməni lobbisi başda olmaqla erməni KİV-i və rəsmi İrəvan sadə erməniləri aldatmağa çalışır. Bu yalan məlumatları Azərbaycan dayanmadan ifşa edəcək. Ermənistan tərəfinin aldatma oyunlarını üzə çıxaracaq. Kaliforniya Senatının 40 üzvünün 17-si, başda Senatın prezidenti olmaqla bu sənədi imzalamaqdan imtina edib. Erməni lobbisinin ən güclü olduğu Kaliforniya ştatında belə, vəziyyət Azərbaycanın xeyrinə dəyişib.

Kaliforniya senatının üzvlərinin bu yanaşması onların maliyyə gəlirinin əsiri olduğunu göstərir. İşğalı dəstəkləmək onların insan haqları və beynəlxalq hüquq normaları haqqında anlayışlarının səhv olduğunu göstərir".

Qətnamədə ABŞ Konqresi və prezidentinə də qərarı dəstəkləmək çağırışı yer alıb.

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatı qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanıyıb. Ştat senatı bununla bağlı müvafiq qətnamə qəbul edib.

Tarix
2014.08.28 / 13:00
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla