Yuxarı

Zakir Həsənov Ukraynaya "Qızıl Ulduz"lar göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təşəbbüsü ilə nazirliyin zabiti polkovnik Abdulla Qurbani Belarus və Ukraynaya ezam olunub.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 21-də polkovnik A.Qurbani Belarus Respublikasının Slutsk şəhərində olub, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş mayor Anatoli Nikolayeviç Davidoviçin ailəsinə baş çəkib.

Milli Qəhrəmanın ailəsinə Azərbaycan Respublikasının Müdafiə nazirinin salamlarını və hədiyyəsini təqdim etdikdən sonra ölkəmizin Belarusdakı səfirliyi, Belarusdakı Azərbaycan İcmaları Konqresi, Slutsk şəhəri icra komitəsinin nümayəndələrinin iştirakı ilə şəhidin məzarı önündə anama mərasimi keçirilib.

Mərasimdə Milli Qəhrəmanın məzarı önünə Azərbaycan Respublikasının Müdafiə naziri adından əklil qoyulub və ölümündən sonra onun təltif edildiyi "Qızıl Ulduz" medalı şəhidin anasına təqdim olunub. Məzarüstü abidəyə "Azərbaycan Milli Qəhrəmanı" sözləri yazılmış və səkkizguşəli ulduz həkk olunmuş mərmər xatirə lövhəsi vurulub.
Milli Qəhrəmanın anası Klavdiya Andreyevna, Slutsk şəhəri icra komitəsinin nümayəndəsi Larisa Georgiyevna və digər çıxış edənlər bu xeyirxah və vətənpərvər təşəbbüsə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbir Belarusun kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Avqustun 23-də isə polkovnik A.Qurbani Ukraynanın Xarkov vilayətinin Zimiyov şəhərində dünyaya gəlmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində şəhid olmuş cəsur təyyarəçi Ruslan Aleksandroviç Polovinkanın məzarını ziyarət edərək Müdafiə Nazirliyi adından əklil qoyacaq və ölümündən sonra təltif edildiyi "Qızıl Ulduz" medalını 22 ildən sonra Azərbaycanın Milli Qəhrəmanının ailəsinə təqdim edəcəkdir.

Tarix
2014.08.22 / 14:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla