Yuxarı

Vəzifəli şəxsin oğlu dəhşətli qəzada öldü - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-08-19 21:19

Bakı-Quba yolunun 125-ci kilometrliyində, Siyəzən rayonu ərazisində vətəndaşlara məxsus "Mercedes" markalı minik və "Kamaz" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəza hadisəsi baş verib.

Axar.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, sərnişini yanğınsöndürən-xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən aparılıb. Sürücünün meyiti deformasiyaya uğramış minik avtomobilindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxarılaraq aidiyyətı üzrə təhvil verilib.

Əməliyyat saat 17:00-da başa çatıb.

2014-08-20 18:37:34

Dəhşətli qəzada ölən 34 yaşlı Sənan Quliyev subay olub.

Şabran rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, Bakı-Quba yolunun 110-cu kilometrliyində "KamAZ" markalı yük maşınına çırpılan "Mercedes"i Bakı sakini, 34 yaşlı Sənan Quliyev idarə edirmiş. O, hadisə yerindəcə keçinib. Avtomobildə olan sürücünün dostu Əfqan Əsgərovun isə ayaqları sınıb.

Dəhşətli qəzada ölən 34 yaşlı S.Quliev Səbail rayonunda yerləşən 49 saylı "İntellekt" məktəb-liseyin direktoru, əməkdar müəllim Təhminə Əsədovanın oğludur. S.Quliyev subay olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Tarix
2014.08.20 / 18:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla