Yuxarı

Xəzərdə milyon yarım tor ələ keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində qanunsuz ov, təbii və bioloji sərvətlərə ziyan vurulma hallarının aşkar edilməsi və sərhəd rejiminə nəzarətin gücləndirilməsi məqsədilə mütəmadi rejim tədbirləri həyata keçirilir, qanunsuz balıq ovu ilə məşğul olan üzmə vasitələri barəsində müvafiq tədbirlər görülür.

Trend-in məlumatına görə, bunu 18 avqust Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümü günü ilə bağlı "Azərbaycan" qəzetinə verdiyi müsahibəsində Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev deyib.

E.Quliyev deyib ki, keçirilmiş rejim tədbirləri zamanı dənizdə qadağan edilmiş ərazilərdə qurulmuş balıq ovlama vasitələri, qarmaqların bərkidilməsi üçün istifadə olunan dəmir parçalarından hazırlanan lövbərlər yığılaraq məhv edilir: "Dəniz sərhədlərimizin mühafizəsinin fasiləsiz təşkil edilməsi, dövlət sərhədlərinin pozulması əlamətləri aşkar olunduğu zaman minimal vaxt sərf etməklə daha çevik tədbirlərin görülməsi imkanlarının yaradılması qanunsuz ov, təbii və bioloji sərvətlərə ziyan vurulması hallarının aşkar edilməsi və sərhəd rejiminə nəzarətin gücləndirilməsi işinə də müsbət təsir etmişdir. Nəticədə balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz digər üzmə vasitələrinin qeydiyyata alınması, yanalma körpülərindən dənizə çıxması, dənizdə olması, üzməsi və geri qayıtması qaydalarına əməl edilməsi proseslərinə nəzarətin səviyyəsi yüksəlmişdir".

DSX rəisi bildirib ki, 2014-cü ilin ilk 6 ayı ərzində Xəzərdə 1 milyon 478 min metr müxtəlif çeşidli balıq ovlama toru, 293 min ədəd istifadəsi qadağan olunmuş balıq ovlama qarmaqları aşkar olunaraq götürülüb.

Tarix
2014.08.18 / 10:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla