Yuxarı

Afrikada yeni müsəlman dövləti elan edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Afrika Respublikasının (MAR) eks-prezidenti və Seleka lideri Mişel Djotodiya müsəlmanlara qarşı soyqırımlara son vermək üçün ölkənin şimalında "müstəqil dövlət" yarandığını elan edib.

Axar.az xəbər verir ki, müstəqil dövlətin yaradılmasına səbəb kimi MAR-da müxtəlif dinlərin bir yerdə yaşamasının mümkünsüzlüyü göstərilib. Seleka koalisiyasının vitse-prezidenti Nurəddin Adəm verdiyi açıqlamada MAR-ın şimal-şərqində eks-prezident və Seleka lideri Mişel Djotodiyanın başçılığı ilə paytaxt Banqidən 800 kilometr məsafədə yerləşən Vakaqa bölgəsində paytaxtı Birao olan müstəqil dövlətin yaradıldığı elan edib. Verilən açıqlamada Djotodiyanın 12 nazirdən ibarət müvəqqəti hökumət quracağı, Seleka Koalisiyasının vitse-prezidenti Nurəddin Adəmin Milli Müdafiə və Milli Təhlükəsizlik naziri olacağı bildirilir.

Açıqlamada o da qeyd edilir ki, yeni qurulacaq dövlət Əl-Qaidə və İŞİD-dən fərqli olaraq, teokratik dövlət olmayacaq. Bu dövlət insanların dini baxışlarına sayğı ilə yanaşaraq, onların sülh şəraitində yaşamasını təmin etmək üçün qurulub.

Xatırladaq ki, Djotodiya 10 il SSRİ-də yaşayıb.

Tarix
2014.08.18 / 08:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı: İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla