Yuxarı

“Buta sığorta"da müdhiş qanunsuzluq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Buta" sığorta şirkəti avtomobilini sığortaladığı vətəndaşın başına dərd açıb.

Axar.az xəbər verir ki, "Hunday Sonata" markalı avtomobilini "Buta" sığorta şirkətində "kasko" sığortası etdirən sürücü Namiq Ramazanov indi şirkətə ödədiyi pul qarşılığında maşınını təmir etdirə bilmir. Yaxınlarda qəza törədən sürücü sığorta şirkətinə zəng etsə də, ona qanunla nəzərdə tutulmuş yardımı göstərməyiblər. Üstəlik, maşınını da əlindən almaq istəyiblər. Belə ki, qəzadan sonra sığorta şirkətinin əməkdaşları avtomobili "Hunday Servis"ə apararaq təmir xərclərini hesablayıblar. Servisdən sığorta şirkətinə bildirilib ki, təmir 7300 manata başa gələcək. Sığorta şirkəti N.Ramazanova zəng edərək iki versiya təklif edib: ya təmir üçün lazım olan pulu ödəyək, ya da şirkət özü təmir etsin.

Sürücü birinci variantla razılaşıb və sığorta şirkəti bu seçimi qəbul edib. Ancaq bir neçə gün sonra sığortadan sürücüyə təkrar zəng edərək təmir xərclərinin baha başa gəldiyini bildiriblər. Şirkət bu dəfə də sürücüyə təklif edir ki, onlar ancaq 4 min manat ödəyə bilərlər. Bununla razılaşmasa, avtomobili şirkət öz istədiyi servisdə təmir edəcək.

Sürücü sonuncu variantla razılaşıb.

"Maşın ya bizdə qalır, ya da özün təmir etdir"

Ancaq "Buta" sığorta şirkəti bir aydır avtomobili özündə saxlayır. Sürücü qeyd edir ki, şirkət avtomobilini təmir etdirməkdən də imtina edir:

"Bu günlərdə zəng edib dedilər ki, maşının 70 faizdən çoxu əzildiyi üçün təmiri baha başa gələcək. Ona görə də ya sənə 6800 manat veririk və maşın da bizə qalır, ya da gəl maşınını götür, heç nə etməyəcəyik".

Sürücü deyir ki, maşını sığortalamaq üçün "Buta"ya 366 manat ödəyib. Bunun qarşılığında isə sığorta şirkəti qəza baş verərsə, 7500 manat ödəməyi öhdəsinə götürüb.

Qanunvericilik nə deyir?

Sığorta qanunvericiliyinə görə, əgər sığortalanan avtomobilin 75 faizi və daha çox hissəsi zədələnibsə, o zaman sığorta şirkəti həmin maşını müştəridən alıb yerinə eyni ildə istehsal edilmiş eyni markalı maşın verməlidir. Ancaq "Buta" sığorta vətəndaşın hüquqlarını pozaraq ona cüzi məbləğdə təzminat ödəyib, maşınını əlindən almaq istəyir.

Tarix
2014.08.16 / 18:16
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla