Yuxarı

“Naxçıvanda Türkiyə diviziyası yerləşdirilməlidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin görüşündə Rusiyaya qarşı heç bir şey yoxdur".

Bu sözləri Axar.az-a politoloq Vəfa Quluzadə Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Azərbaycana səfərini şərh edərkən söyləyib. Buna baxmayaraq, politoloq hər üç ölkənin ittifaq yaratmasının vacib olduğunu bildirib:

"Bu, o zaman Rusiyaya qarşı ola bilər ki, ruslar Azərbaycanı işğal etmək istəsin. Məsələ ondan ibarətdir ki, Türkiyənin, Gürcüstanın və Azərbaycanın maraqları çox sıx sürətdə üst-üstə düşür. Baxın görün ki, SSRİ çökəndən sonra Türkiyə nə qədər inkişaf etdi. Ona görə ki, Sovetlər dağılandan sonra Azərbaycan və Gürcüstan Türkiyə ilə müxtəlif projelər həyata keçirdi. Ona görə də biz öz milli maraqlarımızı hərbi baxımdan müdafiə etmək qabiliyyətində olmalıyıq. Biz açıq-aşkar Putinin yaratdığı Avrasiya İttifaqının əleyhinə olan Türkiyə, Gürcüstan və Azərbaycandan ibarət Cənubi Qafqaz İttifaqı yarada bilərik. Əməkdaşlıq edəcək üç ölkədən hansısa birinə hücum olarsa, digərləri onun müdafiəsinə qalxmalıdır. Bax bu, çox gözəl təşəbbüs olardı.

Müdafiə nazirlərinin Naxçıvana getməsi məsələsi də çox gözəl addımdır. Çünki Naxçıvan kövrək bir zonada yerləşir. Hazırda Naxçıvanı hərbi baxımdan hər cür möhkəmləndirmək lazımdır. Bunu Rusiyaya qarşı yox, Rusiyanın Ermənistan vasitəsilə hücumunu dəf etmək üçün etməliyik".

Politoloq Naxçıvanda türk diviziyasının yerləşdirilməsinin vacibliyini vurğulayıb:

"Cənubi Qafqazda ittifaqların bundan öncə reallaşdırılmamasının əsas səbəbi, görünür, o zaman real təhlükənin gözlənilməməsi ilə bağlı olub. O zaman Türkiyə də, Qərb də, Rusiya da rahat idi. Hətta Moskva o zaman Qərblə hərbi əməkdaşlıq da edirdi. Onlar əmin idilər ki, maraqlarına zərbə dəyməyəcək və Qarabağ məsələsi də tezliklə həll olunacaq. Son hadisələr isə onu göstərdi ki, Rusiya hansısa bir məqamda Qarabağ konfliktindən Azərbaycana hücum etmək və burada Qərbin, Türkiyənin maraqlarını puça çıxarmaq üçün istifadə edəcək. Bu təhlükəni onlar bilirdilər. Onu hiss edən Türkiyə mütləq Azərbaycan və Gürcüstanla hərbi müqavilə bağlamağa cəhd etməlidir. Dəfələrlə demişəm ki, Naxçıvanda bir türk diviziyası yerləşdirilməlidir. Əgər bu reallaşsa, Naxçıvana konkret dəstək yaranmış olardı. Naxçıvanı ona görə möhkəmlətməliyik ki, Qarabağdan bizə hücum olduqda Naxçıvandan cavab verə bilək".

Tarix
2014.08.16 / 14:42
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla