Yuxarı

"Anarın səhvlərini etməməyə çalışıram"

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın bugünkü müsahibi tanınmış Azərbaycan aktyoru, şoumen, naşir, yazıçı, rəssam Bəhram Bağırzadədir.

- Bəhram bəy, necəsiniz?

- Yaxşıyam, çox şükür, amma bir tərəfdən də pisəm, çünki son günlər ölkəmizdə baş vermiş olaylar - şəhid xəbərləri məni çox narahat edir. Amma yenə də sevinirəm ki, artıq hərəkətə keçmişik, inanıram ki, bu yaxınlarda itirdiyimiz torpaqları azad edəcəyik. Bunun artıq qoxusu gəlir, bu da məni necə deyərlər, xoşbəxt edir. Bu gün Ali Baş Komandanımız əmr versə, mən canla-başla döyüşməyə hazıram. Amma tək oraya gedib bir şey edə bilmərəm. Gərək ümumi bir səfərbərlik olsun, hamılıqla gedək, torpaqlarımızı azad edək. Məsələn, 90-cı illərin əvvəllərində bizim dövlət başını itirmişdi, kim nəyi istəyirdi, onu da edirdi. Daha o vaxtlar deyil. Hər şey sistemləşməlidir, indi nizam-intizam var, bircə komanda verilməyi qalıb.

- Bəhram bəy, ən çox parodiya etmək istədiyiniz, amma edə bilmədiyiniz kimdir?

- Mən heç vaxt parodiya etməmişəm və eləmək fikrim də yoxdur. Bunu bacarmaram da, bu, artıq başqa sənətdi. Onu Tahir İmanov əla bacarır. Ona görə də onun çörəyini əlindən ala bilmərəm (gülür). Ancaq Siyavuş Novruzovu parodiya eləmişəm. Çünki haradasa bir-birimizə oxşayırıq, amma Siyavuş bəy buna daha yaxşı cavab verib. Deyib ki, bu Bəhramın işidi və o öz işini görüb. O ki qaldı deyirlər guya mənə parodiyalara qadağa var, vallah, mənə bu vaxtacan heç kəs qadağa qoymayıb, qoya da bilməz. Mənə yalnız atam qadağalar qoyub uşaq vaxtı, o da dəcəllik etməyim deyə.

- Ümumiyyətlə, hansı beynəlxalq müsabiqədə iştirak etmisiz?

- Keçirilən bütün müsabiqələrdə iştirak etmişəm, amma mənim vəzifəm KVN-də oynamaq olub. KVN-də iştirak etmişəm, beynəlxalq yarışlarda bir neçə dəfə çempion da olmuşam. Amma beynəlxalq müsabiqələrdə filmlərimiz iştirak edib və o filmlərdə mən həm aktyor kimi çəkilmişəm, həm də prodüser qismində çıxış eləmişəm. Bu yaxınlarda da qaçqınlara aid "Ümid" filmimiz hazır oldu. Artıq 52 müsabiqəyə göndərmişik. Bir prodüser kimi mənə elə gəlir ki, bu film də öz sözünü deyəcək. Film Yutubda var, baxıb qiymət verə bilərsiz.

- Bəhram Bağırzadə Anar Məmmədxanovdan nə öyrənib?

- İnsan dünyaya öyrənməyə, yaşamağa, təhsil almağa gəlir. Ruslarda belə bir misal var: "Başqa insanların səhvini öyrənmək və həmin səhvləri etməmək lazımdır". Ağıllı adam səhvi edəndən sonra düşünür ki, etdiyi səhvi necə düzəltsin, amma müdrik adam heç vaxt o səhvləri buraxmır. Şükür Allaha, mən özümü ağıllı adam hesab edirəm, amma müdrik deyiləm. Mənim də çoxlu səhvlərim olub, indi də var və olacaq da. Bu, normaldır. Şükürlər olsun Allaha ki, mənə imkan verib, səhvlərimi vaxtında düzəltmişəm. O insanlar səhv buraxmır ki, onlar heç nə eləmir. Səhvi kim edir? Çalışan, hərəkətdə olan adam, ona görə də Anar Məmmədxanovun səhvləri olub həyatda və mən çalışıram ki, dünyəvi məsələlərdə onun elədiyi səhvləri eləməyim. O, artıq məni öyrətdi və yol göstərdi ki, müəyyən şeyləri eləməyim. Anar mənim üçün bu baxımdan ibrət dərsi oldu. Mən Anar Məmmədxanova borcluyam, çünki vaxtilə məni komandaya dəvət etdi, yol göstərdi və mən indi də fəaliyyətimə davam edirəm. Bax, bu da Anarın böyüklüyü idi, onun böyüklüyü o idi ki, ətrafında istedadlı insanları toplamışdı və heç vaxt xahişlə, sifarişlə heç kimi komandaya götürməzdi. Ətrafında istedalı insanlar olanda o çox sevinirdi, həmişə nəsə öyrədirdi ətrafındakı uşaqlara və KVN-nin də uğurları məhz onunla bağlı idi. Biz hamımız sadə, kasıb uşaqlar idik, buna görə də uğurlarımız oldu.

- Nə əcəb millət vəkili olmağa can atmırsınız?

- Niyə mənə qarğış edirsiz? Mən azad düşünən insanam. Bilirsiz, mən millət vəkili olsam, gərək mənim başımda kimsə ola və mən məsuliyyət daşıyam. Gərək bütün günü gedib oturam işdə. Mən azad rəssamam, öz işimi də görürəm. Deputatlıq mənlik deyil. Amma öz sahəmdə onlardan az iş görmürəm. Heç vaxt dövlət isində işləmək istəmərəm və işləmərəm.

- Qadınlar və Bəhram Bağırzadə...

- Həyatımda dörd qadın var, onları da dəqiq sevirəm. Birincisi anam, ikincisi bacım, üçüncüsü həyat yoldaşım, dördüncüsü isə qızımdır.

- Bəhram bəy, hansı kitabları oxuyursuz?

- Sənətimə uyğun kitablar oxuyuram. Anarın kitabları, kinematoqrafiya, teatr, Natiq Rəsulzadə kitabları... Çingiz Abdullayevə böyük hörmətim var, amma onun kitabların oxumağı sevmirəm. Ən yeni ədəbiyyatdan Qaraqanı bilirəm, çoxunu tanıyıram, amma oxumuram. Mənə görə kitablar deyil. Çalışıram ki, onları oxuyum, amma oxuya bilmirəm. Mən artıq köhnə kitabları oxuyuram. Anarın demək olar ki, bütün kitablarını oxumuşam. Son zamanlar yenidən Anarı oxuyuram, çünki orda həyat var və nostalji hisləri yaşadır mənə.

- Bədii yaradıcılıqla da məşğul olursunuz, indi üzərində işlədiyiniz əsər varmı?

- Artıq bir neçə kitabım çıxıb, əgər bədiilikdən söhbət gedirsə, bu il ərzində 7-10 yaşlı uşaqlar üçün minə yaxın suallı testlər yazmışam, artıq rus dilində çıxıb. Bu yaxınlarda da Azərbaycan dilində çıxacaq. Bu mənim iyunun 1-də qeyd edilən Uşaqların müdafiəsi gününə hədiyyəm idi və hədiyyə də alındı. O kitabları bizim uşaqlara hədiyyə etdim. Bu yaxınlarda bir kitabım çıxmalıdır: "Bakı memarlığı 1993 -2015". Artıq o kitabı hazırlayıram. Eyni zamanda merə olan 50-yə yaxın açıq məktublarım çıxıb və o kitabı yazıram. İki filmə çəkilirəm, dünən də reklama çəkilmişəm, sabah sənədli filmdə aparıcı rol oynayacam. Avqustda, inşallah, Parisə gedirəm, ilk dəfə reklama çəkiləcəm. Azərbaycan reklam bazarında ilk dəfə olaraq Azərbaycan aktyoru fransız formasında onların bir brendi olan reklamda çəkiləcək. Bir az çətinliyim var, fransız dilin bilmirəm, amma bunu da öyrənəcəm.

Tarix
2014.08.16 / 09:00
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla