Yuxarı

“Cenevrə-2” konfransı görüşündə diplomatik “tıxac”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cenevrə-2" konfransına bir neçə saat qalmış ABŞ Dövlət katibi və Rusiya Xarici İşlər naziri BMT Baş katibi Pan Gi Munun iştirakı ilə görüş keçirib. Pan Gi Mun ayrıca Suriyalı müxaliflərlə də görüşüb.

Suriyadakı böhranı həll etmək üçün keçiriləcək "Cenevrə-2" konfransının başlamasına bir neçə saat qalmış İsveçrənin Montrö şəhərində diplomatik "tıxac" yaşanmaqdadır.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, konfransa qatılmaq üçün Montröyə gələn ABŞ Dövlət katibi Con Kerri və Rusiya Xarici İşlər naziri Sergey Lavrov, BMT Baş katibi Pan Gi Mun və BMT və Ərəb Birliyinin Suriya Xüsusi nümayəndəsi Əl Ahdar əl-İbrahimi dördlükdə görüş keçiriblər.

Görüşün məzmununa dair məlumat verilməyib

BMT Baş katibi Pan Gi Mun ayrıca Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyası (SMDK) başqanı Əhməd Carbanın başçılıq etdiyi heyətlə görüş keçirib.

BMT-dən verilən açıqlamaya görə, görüşdə suriyalı müxaliflərlə rejim nümayəndələrinin Montrödəki konfransdan sonra 24 yanvarda Cenevrədə keçirəcəkləri görüş müzakirə edilib.

Tarix
2014.01.22 / 13:40
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Əsədov Ankarada mühüm iclasda: Protokol imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla