Yuxarı

Ramil Usubov Eldəniz Quliyevi məhkəməyə verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər naziri Ramil Usubov Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevi məhkəməyə verib.

Bu barədə "Azadlıq" qəzeti xəbər yayıb. R.Usubov Eldəniz Quliyevlə bağlı Nəsimi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırıb.

R.Usubov iddiasında E.Quliyevin Cinayət Məcəlləsinin 147 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cəzalandırılmasını xahiş edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, bir neçə gün öncə E.Quliyev daxili işlər nazirinə mətbuat vasitəsiylə müraciət edib: "Müraciətində hansısa yol polisi əməkdaşının hərəkətindən gileylənirdi. Eldəniz Quliyev həmin mətnin dörd-beş yerində ümumən Azərbaycan polisinin ünvanına təhqiramiz ifadələr işlədib, onun şərəf və ləyaqətini çox kobud şəkildə alçaldıb. Onun işgüzar nüfuzunu gözdən salmaq üçün müxtəlif ifadələr yer alıb. Bizim ona cavabımız da olmuşdu. Ancaq həmin müraciətdən dərhal sonra respublikanın çox saylı polis əməkdaşları Daxili İşlər Nazirliyinin rəhbərliyinə həmin şəxsin məhkəməyə verilməsini və bununla da məsələnin hüquqi müstəvidə həll edilməsini xahiş ediblər. Çoxsaylı şikayətlər nəzərə alınıb və sənədlər toplanaraq Cinayət Məcəlləsinin 147 və 148-ci maddələriylə xüsusi ittiham qaydasında məhkəməyə müraciət olunub".

E.Quliyev isə məsələyə bu cür münasibət bildirib: "Polis mundiri rəmzləri daşımaq üçün deyil, o eyni zamanda asayişi pozanlardan fərqlənmək üçün geyinilir".

Qeyd edək ki, Eldəniz Quliyev bir neçə gün öncə mətbuatda Daxili işlər naziri R.Usubova müraciət ünvanlayıb. Müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə diqqət çəkən E.Quliyev R.Usubovu məlum problemin həlli istiqamətində konkret addımlar atmağa səsləmişdi.

Tarix
2014.08.27 / 13:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla