Yuxarı

Con Makkeyn Krımın işğalını Obamanın ayağına yazdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya prezidenti Vladimir Putinin Krımı işğal etməsinə imkan verməsi Amerika Birləşmiş Ştatları rəhbərliyinin uğursuzluğudur".

Axar.az xəbər verir ki, bu açıqlama ilə respublikaçı senator Con Makkeyn çıxış edib.

O, Putinin Ukraynanı uğursuzluğa düçar etmək üçün əlindən gələn hər şeyi edəcəyini bildirdi:

"Krımın işğal edilməsinə cavab olaraq Rusiyaya tətbiq edilən sanksiyalar çox zəif idi. Həmin sanksiyalara Putinin gözləri ilə baxsaq, onda hər şey yaxşıdır və hazırda Ukrayna ilə sərhədə qoşunlarını yeritməyə davam edir. Düşünürəm ki, Ukraynanın şərqindəki iğtişaşları davam etdirmək üçün Putin əlindən gələni eləyəcək. Çünki o, Ukraynanın uğura nail olmasını istəmir. Əgər Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı "həqiqi, mənalı sanksiyalar" tətbiq etsəydi və iki il ərzində Rusiyadan enerji asılılığını aradan qaldırmaq üçün Ukrayna və Avropa ölkələrinə enerji tədarükü planına başlasaydı, Rusiya imperiyasını yenidən qurmaq istəyən KGB polkovniki Vladimir Putin "hərəkətlərinin bir qiyməti olduğunu" hiss edərdi ".

Tarix
2014.08.17 / 15:51
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla