Yuxarı

Prezident açılışda iştirak etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərində Heydər Əliyev park-kompleksinin, Heydər Əliyev Mərkəzinin və bir sıra iqtisadi və sosial təyinatlı müəssisələrin açılışında iştirak edib.

Prezident İlham Əliyev əvvəlcə yenidən qurulmuş Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət etdi.

Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə Heydər Əliyev Parkında aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verdi. Parkın girişində möhtəşəm "Zəfər Tağı"ı ucaldılıb. Hazırda parkda gənclər üçün əyləncə mərkəzi və qış parkının tikintisi davam etdirilir.

***

Sonra dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin açılışında iştirak etdi.

Burada ümummilli lider Heydər Əliyevin əzəmətli heykəli ucaldılıb. Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunub. Mərkəzdə fəaliyyət göstərəcək Heydər Əliyev Muzeyi Ulu Öndərin keçdiyi zəngin həyat yolu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirir. Muzeydə Gəncənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yolu, Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğısının bariz nümunələrinə də geniş yer ayrılıb. Mərkəzdə oxu zalı, elektron kitabxana, xarici dil kursları, "IDEA" İctimai Birliyinin resurs mərkəzi, videokonfrans salonu, Xalçaçılıq tədris mərkəzi, rəqs dərnəyi və sərgi salonu da vardır.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı Mərkəzin açılışı münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev son 10 ildə 12 dəfə Gəncədə olduğunu qeyd edərək, Azərbaycanın digər bölgələri kimi, Gəncənin də abadlaşdığını, daha da gözəlləşdiyini bildirdi.

Dövlətimizin başçısı qədim və zəngin tarixə malik olan Gəncədə bu prosesin bundan sonra da davam etdiriləcəyini vurğuladı.

Gəncə ictimaiyyətinin nümayəndələri şəhərin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına həmyerlilərinin ən xoş arzularını çatdırdılar.

Sonra xatirə şəkli çəkdirildi.

Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin həyətində ağac əkdi.

***

Prezident İlham Əliyev Gəncə Olimpiya Parkının təməlqoyma mərasimində iştirak etdi.

Dövlətimizin başçısına Olimpiya Parkının eskiz layihəsi haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, Olimpiya Parkı Beynəlxalq Olimpiya Komitəsinin standartlarına tam cavab verəcəkdir.

Prezident İlham Əliyev Gəncə Olimpiya Parkının təməlini qoydu.

***

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunmuş Məhsəti Gəncəvi Mərkəzinin açılışında iştirak etdi.

Dövlətimizin başçısı mərkəzin açılışını bildirən lenti kəsdi.

Klassik memarlıq üslubunda tikilmiş binada şairənin yaradıcılığına həsr olunan rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı və digər yardımçı otaqlar yerləşir. Buradakı elektron köşkdə Məhsətinin rübailəri Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.

Prezident İlham Əliyev mərkəzin ətrafını və Məhsəti parkını gəzdi.

***

Sonra dövlətimizin başçısı Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsinə gəldi.

Prezident İlham Əliyev əvvəlcə Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında oldu.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, zəruri avadanlıqla təchiz olunan binada işçilərin rahat fəaliyyəti üçün bütün tələblər nəzərə alınıbdır.

Sonra Prezident İlham Əliyev Mədəniyyət Sarayına gəldi. Burada həm rayon, həm də respublika əhəmiyyətli tədbirlər keçirmək mümkün olacaqdır.

Prezident İlham Əliyev 1200 şagird yerlik Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbinə gəldi. Dövlətimizin başçısı məhəllənin baş planı ilə də tanış oldu.

Kompleksə beşmərtəbəli 25 yaşayış binası və digər zəruri sosial infrastruktur obyektləri daxildir. Yeni binalara 6750 nəfər məcburi köçkün köçürüləcəkdir. Məktəblə tanışlıq zamanı bildirdi ki, bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait vardır.

Dövlətimizin başçısı Kəlbəcər rayonundan məcburi köçkün Ofelya Məmmədovanın evində yaradılan şəraitlə tanış oldu.

Hərtərəfli şəraitə malik yeni mənzilə köçmələri münasibətilə Ofelya Məmmədovanın ailəsini təbrik edən Prezident İlham Əliyev ötən 10 ildə 170 min məcburi köçkünün belə mənzillərlə təmin edildiyini vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, məcburi köçkünlərə dövlət qayğısı ilbəil gücləndirilir və Gəncədə yaradılan ən böyük məcburi köçkün şəhərciyi bunun növbəti əyani nümunəsidir.

Prezident İlham Əliyev iqtisadi, hərbi gücü durmadan artan, beynəlxalq mövqeyi möhkəmlənən, müsbət demoqrafik vəziyyətə malik ölkəmizin işğala son qoyulmasını yaxınlaşdırmaq üçün ardıcıl və məqsədyönlü iş apardığını bildirdi.

Dövlətimizin başçısı Gəncədə sosial-iqtisadi inkişafla bağlı böyük işlərin görüldüyünü, burada müvəqqəti məskunlaşan məcburi köçkünlərin də həyat şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirildiyini dedi.

Məcburi köçkün Ofelya Məmmədova onlara göstərilən hərtərəfli qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdı, dövlət siyasətinə dəstəyini əsirgəməyən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın silsilə xidmətlərini xüsusi qeyd etdi.

***

Daha sonra Prezident İlham Əliyev Nizami Gəncəvi Muzeyinin açılışında iştirak etdi.

Dövlətimizin başçısı muzeylə yaxından tanış oldu. Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq, şairin əsərlərinin filoloji tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə edilməsi, habelə dünyanın mötəbər kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə çıxarılması mühüm əhəmiyyət daşıyır. Bu mənada Gəncədə inşa olunan bu Muzeyin əhəmiyyəti də olduqca böyükdür.

***

Prezident İlham Əliyev "DET AL" Alüminium MMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının açılışı mərasimində iştirak etdi.

Dövlətimizin başçısı əvvəlcə metaltökmə və fasiləsiz yayma zavodu ilə tanış oldu.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirdi ki, kompleksdə dünya standartlarının tələblərinə cavab verən, istehsal gücü 50 min ton olan iki modern zavod qurulub. Bunlar metaltökmə və fasiləsiz yayma, təzyiqlə emal və boyama zavodlarıdır.

Dövlətimizin başçısı müəssisənin istehsal sahəsini işə saldı.

***

Prezident İlham Əliyev Gəncə Qala qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi abidə kompleksi ilə də tanış oldu.

Yeni yaradılan bu abidə şəhərin "Məqbərə qapısı" adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən qalanın qarşısında dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb. Kompleksdə xronoloji ardıcıllıqla tarixi hadisələr əks olunub. Kompleksə xüsusi əzəmət verən dəmir darvazalar quraşdırılıb. Burada Gəncənin hərb tarixi və etnoqrafik muzeyləri yaradılıb.

***

Prezident İlham Əliyev daha sonra Gəncə dairəvi avtomobil yolunun açılışda iştirak etdi.

Yeni dairəvi yolun əsas səmərəsi ondan ibarətdir ki, avtomobillər və xüsusilə də yük maşınları ölkənin şimal istiqamətinə Gəncəyə daxil olmadan hərəkət edəcəkdir. Burada Prezident İlham Əliyevə Ağstafa-Poylu-Gürcüstan sərhədi avtomobil yolunun sxemi də təqdim olundu.

***

Dövlətimizin başçısı Gəncə "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə də tanış oldu.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov məlumat verdi ki, Gəncədə "ASAN xidmət" 2013-cü il dekabrın 21-dən vətəndaşlara xidmət göstərməyə başlayıb. Gəncə "ASAN xidmət"i Gəncə, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı sakinlərinə xidmət göstərəcəkdir. Qeyd edildi ki, fəaliyyətdə olduğu 25 gün ərzində mərkəzə 20 minə yaxın vətəndaş müraciət edib.

Prezident İlham Əliyev "ASAN xidmət"in əməkdaşları ilə görüşdü.

Dövlətimizin başçısı bir il ərzində "ASAN xidmət"ə bir milyondan çox vətəndaşın müraciət etdiyini, belə mərkəzlərin digər bölgələrdə də açılacağını bildirdi. Qeyd etdi ki, dünyanın digər ölkələri də "ASAN xidmət"lə bağlı Azərbaycanın təcrübəsi ilə maraqlanırlar.

Çıxış edən gənclər də onlara göstərilən diqqət və qayğını qeyd edərək, respublikamızda gənclər hərəkatının genişləndirilməsinə hərtərəfli dəstəyə görə minnətdarlıqlarını bildirdilər.

Sonda xatirə şəkli çəkdirildi.

***

Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasında aparılan inşaat işləri ilə tanış oldu.

Dövlətimizin başçısı tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verdi.

***

Prezident İlham Əliyev daha sonra "VEGO" otelinə gəldi. Otellə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada dünya otel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcəkdir. Təkcə Gəncə üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu otel mükəmməl infrastruktura malikdir.

Tarix
2014.01.21 / 18:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla