Yuxarı

Bakıda iki köşk yandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iki köşkdə yanğın hadisəsi baş verib.

"Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, birinci yanğın Bakının Sabunçu rayonunda baş verib.

Doqquzmərtəbəli yaşayış binasının girişində vətəndaşa məxsus ümumi sahəsi 2 kv.m olan ayaqqabı təmiri köşkünün içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İkinci yanğın hadisəsi isə Baknın Yasamal rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 5 kv.m olan taxta konstruksiyalardan ibarət gözətçi köşkü yanıb və yüksək temperaturdan yaxınlıqda dayanmış "Kia" markalı minik avtomobilinin arxa buferi əriyib. Avtomobilin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın hadisələri zamanı xəsarət alan olmayıb.

Tarix
2014.01.21 / 08:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla