Yuxarı

Məmmədyarov: “Görülən işlərin nəticəsini təqdim edəcəyəm”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən ölkəmin hər kəsin mənafeyi naminə konsenssual nəticəyə nail olmaq üçün dialoq və kompromis ruhunda işləyərək, Avropa Şurasının təməl prinsiplərinin daha da inkişaf etdirilməsi istiqamətində nəzərəçarpacaq cəhdlər nümayiş etdirməsi ilə fəxr edirəm".

Axar.az xəbər verir ki, bu sözləri Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Qonşu regionlar üzrə Siyasətinə dair yüksək səviyyəli beynəlxalq konfransda çıxışı zamanı deyib.

O, Azərbaycanın Avropa Şurası siyasətinin qonşu regionlarda daha da tanıdılması istiqamətində sədrliyinin ona verdiyi üstünlüklərdən yararlandığını bildirib:

"Biz Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyimizin sonuna doğru yaxınlaşırıq. Bugünkü konfrans sədrliyimiz ilə təşkil olunmuş sonuncu əsas iclasdır. Əlbəttə, mən növbəti cümə axşamı sədrliyi Belçikaya təhvil vermək üçün Strasburqda olacağam. Bu münasibətlə Nazirlər Komitəsinə 6 aylıq sədrliyi dövründə Azərbaycan tərəfindən görülmüş işlərin nəticələrini təqdim edəcəyəm. Təfərrüatlara varmadan, mən ölkəmin hər kəsin mənafeyi naminə konsenssual nəticəyə nail olmaq üçün dialoq və kompromis ruhunda işləyərək, Avropa Şurasının təməl prinsiplərinin daha da inkişaf etdirilməsi istiqamətində nəzərəçarpacaq cəhdlər nümayiş etdirməsi ilə fəxr edirəm. Bu müddət ərzində Azərbaycan korrupsiya əleyhinə müdafiə, müxtəlif mədəniyyətli cəmiyyətlərin, sosial həmrəyliyin və gənclərin təhsilinin möhkəmlənməsi də daxil olmaqla, bir sıra sahələrə diqqət yetirib. Mən inanıram kı, Azərbaycanda təşkil olunmuş 18 tədbirin hər biri Avropa Şurasının səylərinə praktik giriş nöqteyi-nəzərindən faydalı olub. Fikrimizcə, Azərbaycan da Avropa Şurasının siyasətinin qonşu regionlarda daha da tanıdılması istiqamətində sədrliyinin ona verdiyi üstünlüklərdən yararlana bilib. Qonşuluq siyasətinin əhatə etdiyi bir çox ölkələrlə tarixi dostluq münasibətləri olan bir ölkə kimi biz başlanğıcdan bu siyasətin güclü tərəfdarlarından olmuşuq".

Tarix
2014.11.07 / 12:16
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla