Yuxarı

Yaşar Nuri: "...Bilirəm ki, o ev istidir, ya soyuq" – Özəl video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Azərbaycanın Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatçısı, sevimli aktyorumuz Yaşar Nurinin doğum günüdür. Yaşasaydı 63-cü doğum gününü qeyd edəcəkdi...

Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb. 10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib.

1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət etmiş və institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Yaşar Nuri 1975-ci il noyabr ayının 28-də Rəhimə xanımla ailə həyatı qurub. Onların Ülviyyə və Ülkər adlı iki qız övladı var.

Yaşar Nurinin əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə...", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar. Aktyor özünü həm kinoda, həm də teatrda rejissor kimi sınayıb. Teatrda İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" əsərinə quruluş vermiş, kinoda isə "Spasibo" filmini çəkib.

Aktyor "Bakıda küləklər əsir", "Alma almaya bənzər", "Bizi dağlarda axtarın", "Ad günü", "Şir evdən getdi", "Yarımçıq qalmış mahnı", "Yollar görüşəndə...", "Yol əhvalatı", "Üzeyir ömrü", "Əzablı yollar", "Aşkarsızlıq şəraitində...", "Bəyin Oğurlanması", "Qəm pəncərəsi", "Yaşıl eynəkli adam", "Yuxu", "Mən evə qayıdıram (film, 2014)" kimi onlarla tammetrajlı bədii filmdə, onlarla tammetrajlı bədii televiziya filmində, televiziya və teatr tamaşasında rol alıb.

Xatırladaq ki, Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Yaşar Nurinin yaradıcılığına həsr olunmuş və daha öncə heç yerdə yayımlanmamış video çarxı təqdim edirik:

P.S. Videonu kinosevər Vüsal Ağayev hazırlayıb.

Tarix
2014.09.03 / 10:55
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla