Yuxarı

Azərbaycanda 30 min erməni yaşayır – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda müxtəlif dinlər, millətlər dinc, yanaşı yaşayır. Azərbaycanla Ermənistan arasında münaqişə də dini məsələ deyil. Bu, Ermənistanın təcavüzüdür. Ermənistan bunu din pərdəsi altında malalamaq istəyir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün keçirilməsi ilə bağlı mətbuat konfransında bildirib.

DQİDK sədri qeyd edib ki, Azərbaycanda 30 minə yaxın erməni yaşayır. Onların Bakının mərkəzindəki dini məbədi də yüksək səviyyədə qorunub saxlanır.

M.Qurbanlı Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün keçirilməsini yüksək qiymətləndirib.

Onun sözlərinə görə, Azərbaycan Avropa Şurasına sədrliyi dövründə bir neçə tədbirlərə ev sahibliyi edib və edəcək. AŞ-də mədəniyyətlərarası dialoqla bağlı müxtəlif tədbirlər keçirilib. Bakıda keçirilən bu tədbir isə mübadilə görüşləri arasında sayca 7-cidir: "Azərbaycanda konfessiyaların azad şəraiti hamı tərəfindən etiraf olunur. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, icmalar azad şəkildə fəaliyyət göstərir. AŞ-dən gələn nümayəndələr Azərbaycanda dinlər, dini icmalarla bağlı vəziyyət barədə müsbət fikirdədirlər".

Tarix
2014.09.01 / 13:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Regiondan uzaq dövlətlərin prosesə maneə törətməsi...

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla