Yuxarı

"Çingiz, gözün uşaqlarda olsun!” – Axar TV

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür. Çingiz Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib.

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmağa başlayıb.

"Çingiz, gözünüz uşaqlarda olsun". Bu Qarabağ müharibəsi zamanı Çingizə həsr edilən məqalələrdən birinin başlığıdır. Xalq onu jurnalistdən əlavə ordumuzun qoruyucusu kimi görüb.

Çingizin reportajları informasiya blokadasında olan Azərbaycan haqqında həqiqətlərin dünyaya çatmasına yol açıb. Dövlət televiziyasında mövcud olan senzura Çingizi başqa işlər görməyə vadar edir. Ona görə də Çingiz "215 kl" studiyası kimi muxtar tele-qurum yaradır.

Dünya Çingiz Mustafayevi daha çox Xocalıda çəkdiyi kadrlarla tanıdı. Onun Xocalı kadrları Ermənistanın vəhşi imicini bütün dünyaya göstərdi.

Çingiz Mustafayev 1992-ci ilin iyunun 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub. O, sonadək kameranı söndürməyib və ölüm anı qeydə alınıb.

Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.

Axar TV-nin süjetini və Çingiz Mustafayevə aid bir videonu təqdim edirik.

Tarix
2014.08.29 / 13:45
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla