Yuxarı

Leyla Əliyeva: “Moskva bu oyunda uduzacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Putin özündən əvvəlki dövlət başçıları kimi Rusiyanın nüfuzunu ənənəvi müharibə yolu ilə qaldırmağa çalışır".

Bu sözləri Axar.az-a açıqlamasında Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin prezidenti, politoloq Leyla Əliyeva Rusiyanın tutduğu işğalçılıq siyasətinin nə ilə nəticələnəcəyini şərh edərkən deyib.

O, bildirib ki, Putinin bu siyasəti Rusiyaya çox baha başa gələcək:

"Beynəlxalq sanksiyalar Rusiyaya çox pis təsir edəcək və sözün əsil mənasında bu sanksiyalar Rusiyanı çökdürə bilər. Şübhəsiz ki, Rusiyada indi vəziyyət çox təhlükəli bir yol almaq üzrədir. Neft-qaz hasilatı və eyni zamanda qiymətin aşağı düşməsi ölkə iqtisadiyyatına öz amansız təsirini göstərəcək. Bu da Rusiyanın hərtərəfli zəifləməsinə gətirib çıxaracaq. Bunu görməzdən gələn ölkə başçısı özündən əvvəlki liderlər kimi Rusiyanın nüfuzunu ənənəvi siyasət yolu olan müharibə ilə qaldırmağa çalışır. Putinin getdiyi yol sonunu düşünmədən atılan riskə bənzəyir. O risk ki yürütdüyü müharibə siyasəti ilə ölkəsinin nüfuzunu qaldırsa da, rusiyalıları böyük təhlükə altına atacaq. O ki qaldı işğalçılıq yolu ilə artırılan nüfuzun ömrünə, bu da ölkədaxili iqtisadi vəziyyətin çökdüyü vaxta qədər sürə bilər. Tutaq ki, Rusiya yürütdüyü işğalçılıq siyasəti ilə indi regionda vəziyyəti ələ almış kimi görünür. Ortaya bir sual çıxır: bəs rusiyalıların taleyi necə olacaq? Məlum məsələdir ki, Rusiya Qərbə qarşı çıxmaqla çox təhlükəli bir oyunun içərisindədir. Heç bir şübhə yoxdur ki, Moskva bu oyunda uduzacaq".

Tarix
2014.08.25 / 14:04
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

Paşinyan orduya geri çəkilmək əmrini apreldə verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla