Yuxarı

Estoniyanın birinci xanımı xəyanət başında yaxalandı - Foto/Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniya jurnalistləri ölkənin birinci xanımı Evelin İlvesi naməlum gənclə qucaqlaşıb öpüşərkən yaxlayıblar.

Virtualaz.org saytı xəbər verir ki, bu gün Estoniyanın "Kroonika" jurnalı üz qabığında birinci xanımın həmin gənclə qucaqlaşıb öpüşərkən çəkilmiş fotoları ilə çıxıb.

Bundan başqa jurnalın saytında prezident Tomas Hendrik E.İlvesin həmin gənclə qucaqlaşıb dodaq-dodağa öpüşdüyünü və rəqs etdiyini əks etdirən yeddi saniyəlik video yerləşdirilib.

Videoda görünür ki, kimsə rəqs edən və öpüşən cütlüyün şəkillərini çəkir, ancaq onlar buna əhəmiyyət vermirlər.

Jurnalın yazdığına görə, 47 yaşlı sahibkar və birinci xanım öz statusunu və ərli olmasını "unudaraq" avqustun 7-də Tallindəki "Komeet" kafesində keçirilən əyləncə axşamında naməlum gənclə əylənib. Bildirilir ki, kafedə Estoniyanın birinci xanımı üçün ən yaxşı yerlərdən birində masa ayrılıb. Onun öpüşdüyü və rəqs etdiyi gəncin təxminən 30 yaşı olduğu bilinir, o, eston dilində danışıb.

Şahidlərin bildirdiyinə görə, birinci xanım daha sonra həmin oğlanla birlikdə kafeni tərk edib.

"Onlar qara rəngli S-klas "Mercedes"ə birlikdə oturdular, sükan arxasında hansısa kişi idi və onlar birlikdə getdilər" - deyə şahidlərdən biri bildirib.

Qeyd olunur ki, həmin gün Estoniya prezidenti ölkədə olub, ancaq dəqiq harada olduğu məlum deyil. Bu görüntüləri hələlik nə Estoniya prezidenti, nə birinci xanımı şərh etməyib. Həmçinin prezident dəftərxanasından jurnalın yazdıqlarını şərh etməyiblər.

Prezident Tomas Hendrik İlves Evelin İlvesdən 13 yaş böyükdür. Estoniya dövlət başçısı iki dəfə evlənib. O, birinci arvadından boşanandan sonra bir müddət Evelinlə birlikdə yaşayıb və ondan bir qızı dünyaya gəlib. Bundan bir il sonra, 2004-cü ildə onlar toy ediblər. Bu, Evelin üçün bu birinci nikah olub. Tomas Hendrik İlves 2006-cı ildə prezident seçilib, beş il sonra ikinci dəfə seçkilərdə qalib gəlib. Prezident seçilməzdən əvvəl iki müddət xarici işlər naziri postunu tutub. Həmçinin Estoniyanın ABŞ, Kanada və Meksikadakı səfiri olub.

Tarix
2014.08.22 / 17:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla