Yuxarı

Şərqi Avropada yeni ittifaq ideyası yarandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Böyük resurslara malik olmaqla və bütün böyük oyunçuların, transmilli korporasiyaların bu resurslara maraqlarını hiss edərək, Rusiya öz siyasi sistemini yeni reallıqlara uyğunlaşdıra bilmədi".

Axar.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı politoloq Yuri Romanenko çıxış edib. O, yeni geosiyasi platformanın yaranacağını bildirib:

"Ukrayna üçün ciddi imkanlar pəncərəsi açılır və məncə, biz bunları reallaşdırmağa çalışacağıq. Bu Ukrayna-Belarus əlaqələrinin formalaşdırılmasıdır. Əgər biz bunu reallaşdırsaq, o bizə Rusiya və Avropa İttifaqına qarşı güclü mövqe ortaya qoymağımıza imkan verəcək. Hər şey yolunda getsə, o zaman biz Şərqi Avropa İttifaqı tipində bir şey yarada bilərik. Baltikyanı, Belarusiya, Ukrayna, Türkiyə arasında münasibətlərin möhkəmlənməsi daha mühüm bir region oyunçusu kimi yeni geopolitoloji konstruksiyanın yaranmasına gətirib çıxaracaq. Bunun başında ABŞ dayanacaq, regional müttəfiqlər sırasında isə Türkiyə, Polşa, Ukrayna və digərləri olacaq ki, onlar da bu platformaya can atacaqlar. Belə bir kontruksiyanın formalaşması qlobal turbulent zonasının sakitləşməsindən sonra, yəni 2020-ci ildən sonra mümkün ola bilər".

Politoloq Rusiyanın çöküşünün mühüm əhəmiyyət daşıdığını deyib:

"2020-ci ildə biz vətəndaş müharibələrinin hətta regional və qlobal savaşların da şahidi ola biləcəyik. Bu isə "Avrasiyanın xəstə adamı" - Rusiya məsələsi həll olunmayana qədər bitməyəcək. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində "Avropanın xəstə adamı" isə Osmanlı imperiyası idi. Rusiya da ona bənzəyir. Böyük resurslara malik olmaqla və bütün böyük oyunçuların, transmilli korporasiyaların bu resurslara maraqlarını hiss edərək, Rusiya öz siyasi sistemini yeni reallıqlara uyğunlaşdıra bilmədi. Bu isə öz növbəsində daxili risklər yaradır ki, indi də onlar daxili oyunçular tərəfindən qızışdırılacaqlar. Onlar Rusiyanın zəifləməsində, dünya sistemində destabilazasiya yaratmasının qarşının alınmasında maraqlıdırlar. Bununla da ya o itməlidir, ya da ki, dünya siyasətinə təsir edəcək intrument olan nüvə silahı riski yoxa çıxarılmalıdır".

Tarix
2014.08.21 / 08:45
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla