Yuxarı

Kamal Abdulla Bilik Fondunun nümayəndələri ilə görüşüb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndə heyətinin Himayəçilik Şurasının üzvü Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdulla ilə növbəti görüşü keçirilib.

Bu barədə Bilik Fondunun mətbuat xidmətindən xəbər verilib.

Bildirilir ki, görüşdə Bilik Fondunun "Qardaşlaşmış məktəblər" və "Dini abidələrdə tarixin izləri" layihələrinin gedişi barədə fikir mübadiləsi aparılıb. Fondun icraçı direktoru Oqtay Səmədov "Qardaşlaşmış məktəblər" layihəsinə cəlb olunan bölgələr, layihə çərçivəsində keçiriləcək tədbirlər - dəyirmi masalar, viktorinalar, ekskursiyalar, nəzərdə tutulan perspektiv planlar haqqında ətraflı məlumat verib. K.Abdulla qardaşlaşmış məktəblərin şagirdləri arasında bir çox sahələrdə - elm, idman, mədəniyyət, intellektual, texnoloji əlaqələrin ilboyu inkişafına xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayıb. Təkcə tədrisdə uğurları ilə fərqlənənlərə deyil, zəif şagirdlərə də həssaslıqla yanaşmağı, həvəsləndirici tədbirlər görməyi tövsiyyə edib.

Görüşdə "Dini abidələrdə tarixin izləri" layihəsi üzrə Bərdə imamzadəsində aparılan ilkin işlərin alimlər, yerli ictimaiyyət, ö cümlədən Bərdə ziyalıları arasında maraqla qarşılandığı bildirilib. Layihənin geniş elmi, arxeoloji araşdırmalara təkan verə biləcəyi deyilib.

Bilik Fondunda "Docendo discimus", "Ustad və şəyird", "Azərbaycan elmi bu gün xaricdə", "Dünya elmi bu gün Azərbaycanda", "Fondun xarici nümayəndəliklərinin yaradılması", "Epizodlar", "Auditoriya +" və s. layihələr üzərində iş gedir.

Musavat.com

Tarix
2014.08.15 / 16:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla