Yuxarı

Ülkər İsayeva koordinator oldu – Bakı 2015

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva Bakı-2015 Avropa Oyunları ilə bağlı tələbələrə və gənclərə koordinatorluq edəcək.

Bu barədə Publika.az-a açıqlamasında Ülkər İsayevanın atası Hamlet İsaxanlı məlumat verib.

Onun sözlərinə görə, hazırda Ülkər İsayeva gənclər üçün bir çox treninqlər təşkil edir.

H.İsaxanlı deyib ki, qızı Ülkər İsayeva gənclərlə yaxından işləyir, tələbələri hazırlaşıdırır:

"Qızım psixoloji və xarici dillərlə bağlı tələbələrə treninqlər keçir, bu işə koordinatorluq edir. Biz tələbələri Bakı-2015 Avropa Oyunlarına könüllü kimi göndərməmişdən öncə burada məşq etdiririk. Bizim yüzlərlə tələbəmiz bu işdə yaxından iştirak edir. Tələbələrimiz daha çox könüllülər olaraq tərcüməçi, bələdçi və köməkçi kimi çalışırlar. Hətta, bəzi tələbələrimiz idmana yaxın sahələrdə çox fəal iştirak edir. Universitetimiz ingilis dilində tədris verdiyi üçün Avropa Oyunları ilə əlaqədar Hazırlıq Komitəsinə biz də daxil edilmişik. Bəzən həftədə 3-4 dəfə tələbələrimizlə bağlı Avropa Oyunlarına Hazırlıq Komitəsindən məktub alıram. Onlar bizdən xahiş edirlər ki, daha çox tələbə göndərək. Yəni, biz Xəzər Universiteti olaraq Avropa Oyunlarına hazırlıq işində çox fəal iştirak edirik".

Rektor həmçinin qeyd edib ki, Bakı-2015 Avropa Oyunları Azərbaycanda keçirilən ilk beynəlxalq tədbir deyil: "İndiyədək Azərbaycan bütün sahələrdə bir çox beynəlxalq və nüfuzlu tədbirlərə ev sahibliyini uğurla edib. Bakı-2015 Avropa Oyunları isə indiyədək keçirilən tədbirlərdən ən böyüyü hesab olunur. Bu baxımdan da digər tərdbirlərdən fərqlənir. Düşünürəm ki, Bakı-2015 Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanı dünya miqyasında tanıdan çox böyük hadisədir. Çünki Avropa dünyanın ən məşhur və qədim svilizasiyası olan yerlərindən biridir. Avropa Oyunları isə dünyada ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də uğurdur. Ona görə də gərək hər bir azərbaycanlı bu işdə öz töhfəsini əsirgəməsin. Çünki Azərbaycana minlərlə xarici turist gələcək, Azərbaycanı yaxından tanıyacaq, burada keçirilən Avropa Oyunlarını izləyəcək. Bütün bunlar üçün hazırlıq işlərinin vaxtında görülməsi çox mürəkkəb prosesdir. Ona görə də hər bir azərbaycanlı ümumi vətənpərvərlik mövqeyindən çıxış edərək çalışmalıdır ki, Avropa Oyunları müsbət mənada yaddaqalan hadisə olsun. Düşünürəm ki, Azərbaycan Bakı-2015 Avropa Oyunlarının da öhdəsindən çox uğurla gələcək".

Tarix
2015.05.08 / 13:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla