Yuxarı

50 manatla dolanan ailə yardım istəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nazir Səlim Müslümova da müraciət etmişəm, cavab gəlməyib".

Bu sözləri şikayətçi Vüsalə Qəhrəmanova Axar.az-a ünvanladığı müraciətində qeyd edib.

Bir müddət öncə övladının müalicəsi üçün saytımıza müraciət edən ana indi də öz durumu ilə əlaqədar kömək istəyir.

V.Qəhrəmanova qedy edir ki, illərdir balaca qızı ilə birlikdə çətin vəziyyətdə yaşayır. 3 ildir aldığı 50 manat alimentlə yaşamaq məcburiyyətində olan ana əlavə gəlir yerinin olmadığını deyir:

"Atamın evində yaşamaq məcburiyyətindəyəm. Atam taksi sürücüsü işləyir. Qazancı isə ailənin yeməyinə güclə çatır. Evim yoxdur, sosial yardım da almıram. Çox çətin vəziyyətdə yaşayıram, özüm də xəstəyəm. İmkanlı şəxslərdən mənə və qızıma kömək etmələrini istəyirəm. Çox xahiş edirəm mənə kömək edin. Hər dəfə mətbuat vasitəsilə kömək istəməyə də utanıram. Normal işim, aylıq gəlirim və yaşamağa evim olsa, heç kəsə əl açmaq məcburiyyətində qalmaram".

Çətin vəziyyətdə olan ana qeyd edir ki, sosial müavinət almaq üçün dəfələrlə müraciət edib:

"Neçə dəfə nazir Səlim Müslümova müraciət etmişəm. Ancaq hələ də cavab gəlməyib. İşləmək üçün müraciət etdiyim başqa yerlərdə də rüşvət istəyirlər".

Qeyd edək ki, V.Qəhrəmanova bir müddət öncə də qızının müalicəsi üçün saytımıza müraciət etmişdi. Onun bu müraciətindən sonra qızının əməliyyatı üçün lazım olan vəsait yığıldı və o xeyirxah insanların köməyi sayəsində sağlamlığına qovuşdu.

V.Qəhrəmanovaya kömək etmək istəyənlər (070) 614 61 05 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Tarix
2014.09.03 / 13:17
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla